517) Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir? A) Qaynanmış su ilə
B) Poliqlükin məhlulu ilə
C) Fizioloji məhlulla
D) Steril bitki yağı ilə
E) Tetrasiklin məhlulu ilə
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimdirmək lazımdır.Yenidoğulmuşun dərisi çox zərif və
tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki yağı ilə silmək lazımdır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 29
518) Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur? A) Bəlğəmli yaş öskürək
B) Quru öskürək
C) Döşdə ağrı
D) Yüksək temperatur
E) İntoksikasiya
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda
intoksikasiya əlamətləri olur.Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu
pozulur,zəiflik,iştahanın azalması,baş ağrısı olur.Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox
tərləyir,çəkisi az artır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 248
519) Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur? A) 1-3
B) 11-12
C) 5-8
D) 9-10
E) 3-5
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ
vaksini vurulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 257.
520) Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır? A) 11-ci gündən 21-ci günə qədər
B) 30-cu gündən 40-cı günə qədər
C) 22-ci gündən 30-cu günəqədər
D) izolə olunmur
E) 1-ci gündən 10-cu günə qədər
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı
yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla
kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 500.