521) Su çiçəyi səpkilərini işləmək üçün hansı məhluldan istifadə olunur? A) Natrium xlorid
B) Brilyant yaşılı abısı
C) Dimedrol
D) Furasilin
E) Yod
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə
müxtəlif formalı( ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın
qarşısını almaq üçün bu səpkilər brilyant yaşılı abısı ilə işlənilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501
522) Uşaqlarda Evstax borusu hansı anatomik xüsusiyyətinə görə otit əmələ gəlməsinə şərait yardır.? A) Qısa və enli olmasına görə
B) Qısa və dar olmasına görə
C) Uzun və geniş olmasına görə
D) Uzun və dar olmasına görə
E) Əyri olmasına görə
Anatomik qurluşuna görə uşaqlarda Evstax borusu qısa və enli olduğuna görə yuxarı tənəffüs
yollarında olan ifeksiya asanlıqla orta qulağa keçərək, otit əmələ gəlməsinə səbəb our.
Y.P.Bisyarina .Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.124
523) Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir? A) 5-10
B) 50-60
C) 15-20
D) 30-40
E) 40-50
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı
təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-
20 dəqiqə sonra uşaq yeməlidir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450
524) Uşaqlarda kəskin qastrit zamanı nə tövsiyyə edilir? A) Yağlı olmayan ət suyu, sıyıqlar
B) Yumurta, yağlı ət
C) Duza qoyulmuş tərəvəz
D) Kəsmik,qaymaq
E) Çörək,kolbasa
Kəskin qastrit mədənin selikli qişasının iltihabıdır. Xəstəlik kəskin başlayır, uşaqda intoksikasiya
əlamətləri olur.Belə xəstələrə yağlı olmayan ət suyu , müxtəlif sıyıqlar və həlimlər məsləhət görülür
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 369.