513) Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir? A) Posthemorragik
B) Dəmirdefisitli
C) Hemolitik
D) Vitamindefisitli
E) Zülaldefisitli
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil
olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu
xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur.Nəticədə dəmidefisitli
anemiya əmələ gəlir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177
514) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur? A) hamısı bağlı olur
B) böyük və kiçik
C) böyük,kiçik və yan əmgəklər
D) böyük,yan əmgəklər
E) yan əmgəklər
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq
yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə
qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda
böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
515) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir? A) 4-5
B) 1-3
C) 9-10
D) 6-7
E) 11-12
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə
uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119.
516) Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır? A) 53
B) 50
C) 47
D) 45
E) 49
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq
yarımçıqdoğulmuş sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.