534) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir? A) Qarında köpü azaltmaq
B) Bədən hərarətini azaltmaq
C) Burun selikli qişasının ödemini artırmaq
D) Bağırsaq peristaltikasını artırmaq
E) Burunun selikli qişasında ödemi azaltmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının
katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona
görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici
damcı tökülməlidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
535) Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır? A) İştahanın pozulması
B) Dispeptik əlamətlər
C) Qarında köp
D) Qarında ağrı
E) Yuxunun pozulması
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s) iltihabı proseslərdə spazm əmələ
gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
536) Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır? A) Ət və balıq bulyonu
B) Zeytun yağı
C) Südlü sıyıqlar
D) Süd,kəsmik
E) Kərə yağı
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar
verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə
xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374
537) Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb işçisinin taktikası? A) Uşağa çoxlu maye vermək
B) Uşağa duru qida vermək
C) Mədəni aminkapron turşusu ilə yumaq
D) Bağırsaqları təmizləmək
E) Uşağı tez stasionara çatdırmaq
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçün
tibb bacısının bu zaman ilk tədbiri odur ki, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki,
belə xəstəyə təcili həkim yardımı olunmalıdır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст. 381