Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Nəcisdə al qırmızı qanın olması hansı orqanın xəstəliyinə şübhə yaradır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə219/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   215   216   217   218   219   220   221   222   ...   252
863) Nəcisdə al qırmızı qanın olması hansı orqanın xəstəliyinə şübhə yaradır?
A) 12 barmaq bağırsağın 
B) Ağciyərlərin 
C) Düz bağırsağın 
D) Mədənin 
E) Qaraciyərin 
Düz bağırsaqda və anus ətrafında venaların varikoz genişlənməsi babasil adlanır.Defekasiya 
aktından sonra babasil xəstəliyində qanaxma müşahidə edilirki,bu da al qırmızı rəngdə nəcisdə 
aydın görünür. 
Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(226) 
864) Anadangəlmə çıxıqlar hansı oynaqda daha çox rast gəlinir?
A) Bud çanaq oynağında 
B) Diz oynağında 
C) Bazu oynağında 
D) Dirsək oynağında 
E) Aşıq daban oynağında 
Anadangəlmə çıxıqlar adətən qız uşaqlarında bud çanaq oynağında tez-tez rast gəlinir.Bu oynaq 


səthlərinin,bağların uşaq ana bətnində olarkən zəif inkişaf etməsi ilə əlaqələndirilir.Rentgen 
müayinəsindən sonra diaqnoz dəqiqləşdirilir.Müalicəsi cərrahi və ortopetik yolladır. 
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(103) 
865) Diz oynağının zədələnmələrində və xəstəliklərində diz oynağına sarğı qoyarkən diz 
oynağı neçə dərəcəli bucaq altında olmalıdır?
A) 180° 
B) 5° 
C) 45° 
D) 90° 
E) 130° 
Diz oynağının zədələnmələrində və xəstəliklərində oynağa 130 dərəcə bucaq verilərək yaxınlaşan 
və uzaqlaşan tısbağavari formalı sarğı qoyulur. 
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(95) 
866) Uşaqlarda sınıq nahiyəsində yaranan hemotamaya 1%-li novakain blokadası apararkən 
nə nəzərə alınmalıdır?
A) Uşağın cinsi 
B) Uşağın çəkisi 
C) Uşağın yaşı 
D) Köklük dərəcəsi 
E) Uşağın boyu 
Uşaqlarda ətrafların sınıqları zamanı kiçik ölçülü Kramer şinası ilə immobilizasiyadan sonra sınıq 
yerində hematomaya uşağın yaşına müvafiq novakainin 1-2%-li məhlulundan hər yaş üçün 1ml 
götürülməklə işlədilir.Əgər uşağın yeddi yaşı varsa onda 7 ml novakain vurulmalıdır. 
Ədəbiyyat:B,D.Komarov.Təcili tibbi yardım.Moskva-1984.Səh(294) 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin