Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə239/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   235   236   237   238   239   240   241   242   ...   252
949) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?
A) Qarayara 
B) Vəba 
C) Tetanus 
D) Quduzluq 
E) Botulizm 
Ağırlaşmaların qarşısını almaq, tonik və klonik qicolmaların qarşısını almaq üçün vurulur. 
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297 
950) Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir?
A) 10% və daha çox 
B) 1-2% 
C) 6-7 % 
D) 8-9 % 
E) 3-5% 
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı olur,buna keçici reaksiya deyilir. 10%-dən artıq 
yanarsa bu yanıq xəstəliyi adlanır. 
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175 
951) Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir?
A) Hipovolemik 
B) Kardiogen 
C) Anafilaktik 
D) Travmatik 
E) Bakterial 
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın itirilməsinə gətirib 
çıxarır.Bu da hipovolemik şokla nəticələnir. 
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295 
952) Yanıqların infuzion müalicəsində hansı növ məhlullardan istifadə edilir?
A) Polyarlaşmış 
B) Duz tərkibli 
C) Dezintoksikasion təsirli 
D) Antihistamin təsirli 
E) Zülal tərkibli 
Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün 
dezintoksikasion təsirli maddələrdən istifadə edilir. 
Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-
241 Москва 1988 
Bölmə 7 Sinir-Ruhi Xəstəliklər,Yoluxucu xəstəliklər
953) Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan 
istifadə olunur?


A) Ensefabol 
B) Analgin 
C) Aminazin 
D) Pirasetam 
E) Koffein 
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir. 
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin