940) Fərdi tibbi mühafizə vasitələrinə nə aid deyil? A) Fərdi əczəxana
B) Fərdi sarğı paketi
C) Kimyəvi silah əleyhinə paket
D) Zirzəmilərdə siğınacaqlar
E) Əlehqaz
Zirzəmilər kütləvi mühafizə vasitələrinə aiddir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
941) Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə aid deyil? A) Antidotların vurulması
B) Əlehqazların geyindirilməsi
C) Natamam sanitar təmizlənmənin aparılması
D) Xəsarət almışların zədə ocağından çıxarılması
E) Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili
Təkmilləşdirilmiş və ixtisaslaşdirilmış tibbi yardım hospital şöbədə və klinikada göstərilir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 122
942) Bakterioloji ocağın ləğv olunmnası tədbirlərinə nə daxil deyil? A) Bakterioloji ocağın sərhədləri müəyyən olunur.
B) Ərazidə bioloji kəşfiyyatın aparılması
C) Karantin və observasiya təşkil olunur.
D) Sanator- kurort müalicəsi aparılır.
E) Ümumi kəşfiyyatların nəticələrinə görə əhali xəbərdar edilir.
Sanator Kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv
olunması məqsədi ilə aparılmır.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 126
943) Hansı zəhərli maddə sinir iflic edici təsirə malikdir? A) İprit,luizit
B) Zarin,zoman vi-iks
C) Fosgen, difosgen
D) Qıcıqlandırıcı və gözyaşardıcı maddələr
E) Linil turşusu
Zarin,zoman vi-iks sinir iflic edici təsirə malikdir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 252
944) Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir. A) Gözyaşardıcı maddələr