924) Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır? A) Qüvvə və vasitələrin səfərbər olunması
B) Zərərçəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların
fəaliyyətinin bərpa edilməsi
C) Qəza zonasında xilasetmə işlərinin təşkili
D) Tibbi çeşidləmə
E) Qəza zonasında, xilasetmə və təxirə salınmaz işlərin aparılması, onların axtarılması və ərazidən
çıxarılması
Zərər çəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların
fəaliyyətinin bərpa edilməsi
Fəlakətlər zamanı ilk həkim yardımı tez və surətli aparılmalıdır. zərərçəkən tam müalicə almaq
üçün köçürmə mərhələsinə hazırlanmalıdır.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh.14-19 Bakı - 2008
925) Fəlakət ocağında hospitala qədər hansı tibbi yardım göstərilir? A) Xüsusiləşmiş
B) İxtisaslaşmış
C) Cərrahi
D) İlk
E) Əhali tərəfindən
Fəlakət ocağında ilk tibbi yardım göstərilir. Tez və keyfiyyətli ilk tibbi yardımın göstərilməsi əlillik
və ölüm hallarının sayını azaldır.
Ədəbiyyat: A.Musayev “ Mülki Müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 100-101 Bakı - 2008
926) Uzunmüddətli sıxılma sindromunun aşağıdakı növü yoxdur. A) Ani (0.5 saat)
B) Uzun müddətli (4-7 saat)
C) Qısa müddətli (2-3 saat)
D) Çox uzun müddətli (7saatdan çox)
E) Orta müddətli (4 saat)
Ani sıxılma uzunmüddətli olmadığı üçün kompresiyanın uzunmüddətli növünə aid edilə bilməz.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-125
927) İlan vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?
A) Yaranı kalium-permanqanatla yumaq
B) Zərdab vurmaq
C) İlan sancan yerdən yuxarı jqut qoymaq
D) Alkoqol vermək
E) Çoxlu maye vermək
Mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərdiyi üçün qanın durulaşdırılmasına səbəb olduğu üçün
alkaqol vermək olmaz
Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.459-
461 Москва-Медицина -1988