928) Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə nə aid deyildir? A) Qanaxmanın daimi dayandırılması
B) Antidontların vurulması
C) Xəsarət almışların zədə ocağından çıxarılması
D) Əlehqazların geyindirilməsi
E) Natamam sanitar təmizləmənin aparılması
Kimyəvi zədələnmə ocağında qanaxma baş vermədiyi üçün qanaxmanın daimi dayandırılması
kimyəvi zədələnmə ocağında aprılan ilk yardıma aid deyil. İlk tibbi yardım öz – özünə və yoldaşına
qarşılıqlı yardım qaydasında aparılır.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh. 111-113 Bakı - 2008
929) Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır? A) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerləşdirilməsi
B) Əhaliyə xəbərdarlıq edilməsi
C) Əhalini şəhər ətrafı ərazilərə köçürülməsi
D) Tibbi ləvazimatlardan istifadə edilməsi
E) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması
Zərərçəkən əhalinin təcili olaraq təxliyyə edilməsi, sığınacaqlara yerləşdirilməsi və ilk tibbi
yardımın göstərilməsi onların həyatda qalma ehtimalını daha da artırır. Əhalinin kollektiv şəkildə
mühafizəsi üçün əvvəlcədən tikilmiş, sığıncaqlardan, metro və tunellərdən istifadə olunur.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 81 – 85 Bakı - 2008
930) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir? A) Standart şinalarla immobilizasiya aparılır
B) Periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir
C) Antibakterial terapiya aparılır
D) Oksigen inhalyasiya olunur
E) Antihistamin maddələrin yeridilir
Qanaxmaların və toksiki maddələrin qana sorulmasının və baş verəcək ağrı şokunun qarşısını almaq
məqsədilə ətrafın sıxılması zamanı periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər
yeridilir.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.126-128