Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Nitroqliserinin əlavə təsiri hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə247/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   244   245   246   247   248   249   250   251   252
985) Nitroqliserinin əlavə təsiri hansıdır?
A) Ürəkbulanma, qusma 
B) Koronar arteriyaların genişlənməsi 
C) Artan diurez 
D) Baş ağrıları, hipotenziya 
E) Koronar arteriyaların daralması 
Nitroqliserinin əlavə təsirinə baş ağrıları, kəllə daxili və arterial təzyiqin aşağı düşməsi aiddir 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125 
986) Miokardın infarktı zamanı trombolitik terapiya üçün istifadə edilən preparat hansıdır?
A) Morfin 
B) Analgin 
C) Baralgin 
D) Streptokinaza 
E) Dibazol 
Streptokinaza qan laxtasını əridir və trombları parçalayır. Bu xassəsinə görə miokardın infarktı, 
tromboflebitdə istifadə edilir. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 222 
987) Neyroleptanalgeziya zamanı istifadə edilən preparatları göstərin.
A) Morfin, atropin 
B) Heparin,klofelin 
C) Fentanil, droperidol 


D) Analgin, baralgin 
E) Validol, nitroqliserin 
Fentanil cərrahiyyə əməliyyatlarını ağrısızlaşdırmaq üçün neyroleptik maddə olan droperidolla 
birlikdə istifadə edilir. Droperidol fentanilin ağrıkəsici təsirini gücləndirir və eyni zamanda mənfi 
emisiyaları aradan qaldırır. Bu metoda neyroleptanalgeziya deyilir. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 169 
988) Miokard infarktın müalicəsində istifadə edilən birbaşa(düz) təsirli antikoaqulyant 
hansıdır?
A) Nitroqliserin 
B) Heparin 
C) Morfin 
D) Fentanil 
E) Promedol 
Heparin qaraciyərdə protrombinin sintezini ləngidərək qanın laxtalanmasına mane olur. Ən güclü 
antikoaqulyant olub miokardın infarktı, ürəkdə və iri damarlarda aparılan operasiyalardan sonra 
törənmiş ağırlaşmalarda istifadə olunur. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 218 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin