A) Qırmızı
B) Narıncı
C) Göy
D) Yaşıl
E) Qara
Rifampisini qəbul
etdikdə sidik, bəlğəm , göz yaşı, tər qırmızı rəngə boyanır.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 321
971) Pnevmokok pnevmoniyanın müalicəsi zamanı effektlidir.
A) Furadonin
B) Sulfadimetoksin
C) İzoniazid
D) Penisillin
E) Furozalidon
Penisillər qram-müsbət bakteriyaları, əsasən pnevmokokları məhv edir.
Buna görə də pnevmokok
pnevmaniyanın müalicəsi zamanı istifadə edilir
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 302
972) Bronxial astma tutmaların profilaktikası üçün istifadə edilir.
A) Astmopent
B) Epinefrin( Adrenalin)
C) İntal
D) Prednizolon
E) Salbutamol
İntal güclü təsirə malik olan bronxodilatator və anti allergik preparatdır. Bronxial astma tutmaların
profilaktikası üçün inhalyasion yolla təyin edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 203
973) Bronxial astma xəstəliyin müalicəsi zamanı istifadə edilən inhalyasion
qlükokortikosteroid hansıdır?
A) Berotek
B) Beklametazon
C) Astmopent
D) Salbutamol
E) Adrenalin
Beklametazon bronxolitik təsirə malik olan aerozoldur. Bronxial astma zamanı gündə 3-4
dəfə bu
preparatla inhalyasiya edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 267
974) İnhalyasion qlukokortikosteroidlərin əlavə təsirini göstərin.
A) Nistaqm
B) Miasteniya
C) Ağız
boşluğunun kandidomikozu
D) Addison xəstəliyi
E) Parez
İnhalyasion qlukokortikosteroidlər aerozol vasitəsilə tənəffüs yoluna yeridilir və onlar ağız
boşluğunda kandidomikoz əmələ gətirirlər. Buna görə də bu preparatlardan istifadə etdikdən
sonra
xəstə mütləq ağzını yaxalamalıdır.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 267
Dostları ilə paylaş: