Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Öd kisəsi daşlarını əridici xüsusiyyəti olan preparat hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə249/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   244   245   246   247   248   249   250   251   252
994) Öd kisəsi daşlarını əridici xüsusiyyəti olan preparat hansıdır?
A) Kontrikal 
B) Atropin 
C) Panzinorm 
D) Ursofalk 
E) Xolosas 
Ursofalk xolestrinin qaraciyərdə sintezində iştirak edən nukrosomal fermentini süsləşdirmək yolu 
ilə onun qanda miqdarını azaldır və beləliklə də əmələ gəlməkdə olan xolestrin daşlarını əridir. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 187 
995) Pielonefritin müalicəsində istifadə edilən uroseptik hansıdır?
A) Heparin 
B) Ursofalk 
C) Baralgin 
D) Laziks 
E) Neviqramon 
Neviqramon bağırsaqlardan qana asanlıqla sorulur və əsasən böyrəklərdən xaric olur. Qram-mənfi 
mikrobları bağırsaq çöplərini, dizenteriya və qarın yatalağı mikroblarını məhv edir. Piyelonefrit
piyelit, sistitin müalicəsində istifadə edilir. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 336 
996) Dimedrolun əlavə təsiri nədir?


A) Piylənmə 
B) Aclıq 
C) Saçın tökülməsi 
D) Qəbizlik 
E) Yuxu gətirici 
Dimedrol allergiya əleyhinə təsiri ilə yanaşı sedativ yuxu gətirici spazmolitik iltihab və qusma 
əleyhinə təsirə malikdir. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 433 
997) Dəri dermatozların müalicəsində istifadə edilən preparatlar hansılardır?
A) Diuretiklər 
B) Antibiotiklər 
C) Dezaqreqantlar 
D) Antihistaminlər 
E) Sitostatiklər 
H reseptorları blokadaya alan antihistamin dərman maddələri allergik reaksiyaların inkişafına 
tormozlayıcı təsir göstərir və ona görə də allergiya əleyhinə preparat kimi istifadə edilir. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 432 
998) Qlukokortikosteroidlərin əlavə təsiri hansıdır?
A) Hiperrefleksiya 
B) Ödem əmələ gətirmə 
C) Hipotenziya 
D) Bronxospazm 
E) Yuxugətirici 
Qlukokortikosteroidlərdən uzun müddət istifadə etdikdə şəkərli diabet, böyrəküstü vəzilərin beyin 
maddəsini atrofiyası, ödemlər, mədə xorası ağırlaşmaları baş verir. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 379 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin