D) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu
E) Yaş bürümə
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul
etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi
müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə
məqsədəuyğundur.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47
109) Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
A) 3
B) 5
C) 2
D) 1
E) 4
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın
maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır
və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
110) Hansı maddə dəri içinə yeridilir?
A) No-spa
B) Tuberkulin
C) Kordiamin
D) Ampisillin
E) Klofellin
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur.
Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984.
Səh.56-57.
Dostları ilə paylaş: