Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) “Kəmərvari” ağrı hansı xəstəlik zamanı rast gəlinir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   24   25   26   27   28   29   30   31   ...   252
107) “Kəmərvari” ağrı hansı xəstəlik zamanı rast gəlinir?
A) Xolesistit 
B) Mədə və 12 barmaq bağırsaq xorası 
C) Kəskin qastrit 
D) Pankreatit 
E) Xoralı kolit 
Mədəaltı vəzin (pankreasın) iltihabı zamanı anatomik yerləşməsindən asılı olaraq ağrı epiqastral 
nahiyədən sola qabırğa kənarı ilə onurğaya qədər yayılır. Bu ağrı simptomu “kəmərvari” ağrı 
adlanır. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 389 
108) Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir:
A) Sərin vitaminli içkilərin qəbulu 
B) İsitqac 
C) Buz qovuğu 


D) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu 
E) Yaş bürümə 
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul 
etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi 
müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə 
məqsədəuyğundur. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47 
109) Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
A) 3 
B) 5 
C) 2 
D) 1 
E) 4 
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın 
maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır 
və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir. 
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974 
110) Hansı maddə dəri içinə yeridilir?
A) No-spa 
B) Tuberkulin 
C) Kordiamin 
D) Ampisillin 
E) Klofellin 
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. 
Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. 
Səh.56-57. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin