D) Xoralı kolit
E) Mədə və 12 barmaq bağırsaq xorası
Mədə və 12 barmaq bağırsaq xorası xəstəliyinin ən çox rast gəlinən fəsadlarından biri xoranın
deşilməsidir (perforasiya). Bu zaman əsas simptomlardan biri kəskin “xəncər” ağrısı
adlanan
ağrıdır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 350-351
105) Sidik qəbulediciləri ,ifrazat qablarını boşaltdıqdan sonra onları hansı məhlulda və neçə
müddət saxlamaq lazımdır?
A) 15 dəq 1%-li xloramin məhlulunda
B) 1%-li xloramin məhlulu ilə 2 dəfə silinir.
C) 60 dəq 3%-li xloramin məhlulunda
D) 120 dəq 1%-li xloramin məhlulunda
E) 30 dəq 3%-li xloramin məhlulunda
Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və
dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215 “Azərnəşr” Bakı
1984
106) Ağır xəstələrin dərisini silmək üçün hansı məhluldan istifadə olunur?
A) 0,05%-li kalium-permanqanat
məhlulu
B) 10%-li kalium-permanqanat məhlulu
C) Furasillin məhlulu
D) 10%-li naşatır
spirti
E) 10%-li kamfora spirti
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla
daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı
pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı
və dezinfeksiya
edici təsirə malikdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33
Dostları ilə paylaş: