Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Miokard infarktı zamanı həkiməqədər yardım nədən ibarətdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə23/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   19   20   21   22   23   24   25   26   ...   252
88) Miokard infarktı zamanı həkiməqədər yardım nədən ibarətdir?
A) Xəstənin mədəsini yumaq 
B) Xəstəyə tam üfiqi vəziyyət verib, əzələ daxilinə analgin vurmaq 
C) Xəstəni sakitləşdirmək 
D) Xəstəyə sidikqovucu vurmaq 
E) Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək,dil altına nitroqliserin 
Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək, dil altına nitroqliserin 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 310-311. 
89) Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Təcili yardım stansiyası 
B) Həkim məntəqəsi 
C) Qadın məsləhətxanası 
D) Xəstəxana 
E) Poliklinika 
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır, bu baxımdan 
xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” Bakı 1998. 
90) Hiperqlikemik komanın əlamətləri hansılardır?
A) Quru dəri, küylü tənəffüs, ağızdan aseton iyinin gəlməsi 
B) Tərləmə, oyanıqlıq 
C) Qarın nahiyyəsində ağrı, temperaturun qalxması 
D) Arterial təzyiqin kəskin qalxması 
E) Qıcolmalar 
Hiperqlikemik koma zamanı qanda qlükozanın miqdarı kəskin artır, bu da dərinin qurumasına səbəb 
olur. Qanda keton turşularının parçalanması aseton iyinin gəlməsinə səbəb olur. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436 
91) Hiperqlikemik koma zamanı təxirəsalınmaz yardım nədən ibarətdir?
A) Dehidratasiya 
B) Vena daxili poliqlükin məhlulu 
C) İnsulin terapiyası, rehidratasiya 
D) Vena daxili 5%-200 ml Qlükoza məhlulu 
E) Əzələ daxilinə ağrıkəsicilər 
Hiperqlikemik koma zamanı,insulin qanda qlükozanın səviyyəsini stabilləşdirir. Rehidratasiya isə 
damar tonusunu,ürəyin dəqiqəlik həcmini artıraraq ürək-damar sisteminə müsbət təsir göstərir. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436-437 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin