B) Mədədə aparılan
operasiyadan sonra
C) Anusda çatlar olduqda
D) Qida borusunun
tam keçməməzliyində
E) Orqanizm çox su itirdikdə
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək
üçün qida maddələrinin düz
bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düzbağırsağın sfinkterini qıcıqlandırmamaq
və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda
çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir.
Ədəbiyyat : N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
97) Xəstənin dərmana həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
A) Dəri
içinə
B) Vena daxilinə
C)
Əzələ daxilinə
D) Göstərilən bütün nahiyələrə vurmaq olar
E) Dəri altına
İnyeksiya zamanı
orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml
dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir.
Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər
nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.
98) Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən
hansı əks- göstəriş sayılır?
A) Bərkiyən
nahiyəyə isitqac qoymaq
B) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq
C) Bərkiyən
nahiyəyə buz qovuğu qoymaq
D) Bərkiyən nahiyəyə yod sürtmək
E) Bərkiyən nahiyəyə isti kompres qoymaq
İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması
nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez
sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın
daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48 “ Çıraq ”2008.
Dostları ilə paylaş: