100) Kardiogen şokun əlamətləri hansılardır?
A) Arterial təzyiqin kəskin qalxması,
qusma
B) Arterial təzyiqin kəskin enməsi,
sianoz
C) Arterial təzyiqin kəskin qalxması, qızarma
D) Qıcolma, dilin qatlanması
E) Qıcolma, huşun itməsi
Kardiogen şok miokard infarktının ağır fəsadlarından biridir. Ürəyin dəqiqəlik həcmi azaldığından
arterial təzyiq enir. Orqan və toxumalarda qan dövranının kifayət qədər olmaması
sianoza səbəb
olur
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 313
101) Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan
məhlul hansıdır?
A) 3%-li xloramin
məhlulu
B) 0,02%-li furasillin məhlulu
C) 8%-li lizol məhlulu
D) 3%-li xlor əhəngi
E) 6%-li hidrogen-peroksid məhlulu
Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur.
Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
102) Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
A) Qəbul şöbəsinin böyük tibb bacısı
B) Baş həkim
C) Qəbul şöbəsinin tibb bacısı
D) Qəbul şöbəsinin həkimi
E) Kiçik tibb bacısı
Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə
və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi
qərar verir
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh.29
Dostları ilə paylaş: