A) İstənilən vəziyyətdə
B) Sağ böyrü üstə
C) Başın səviyyəsi aşağı vəziyyətdə
D) Oturaq vəziyyətdə
E) Yarımoturaq vəziyyətdə
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı
üçün xəstədə
bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə,
başı aşağı vəziyyətdə nəql edirlər.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ” Bakı 1998.
93) Hipertonik krizin başlıca əlamətləri hansılardır?
A) Baş ağrısı, qusma, arterial təzyiqin qalxması
B)
Arterial təzyiqin enməsi, baş ağrısı
C) Ürəkbulanma, qusma, qarında ağrılar
D) Ürəkbulanma, döş sümüyü arxasında ağrı
E) Arterial
təzyiqin enməsi, qusma
Hipertonik kriz hipertoniya xəstəliyi zamanı arterial təzyiqin kəskin qalxmasıdır.
Yüksək arterial
təzyiq baş ağrısına, qusmaya səbəb olur.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 303
94) Hansı növ qanaxmalarda köpüklü qan müşahidə edilir?
A) Düz bağırsaq qanaxması
B) Burun qanaxması
C) Uşaqlıq qanaxması
D) Ağciyər qanaxması
E) Mədə qanaxması
Ağciyər qanaxması zamanı al-qırmızı köpüklü qan müşahidə edilir. Qanın tərkibindəki hava onun
köpüklü olmasına səbəb olur.
Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990.
Стр. 209
95) Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd
olunmalıdır?
A) Nəbz və tənəffüsün sayı
B) Hamısı
C)
Arterial təzyiq
D) Diurezin miqdarı
E) Xəstənin hərarətinin dəyişməsi
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı
xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını,
arterial təzyiqi, diurezin miqdarını
qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: