Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə32/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   28   29   30   31   32   33   34   35   ...   252
122) Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar 
hansılardır?
A) Narkotik analgetiklər, trankvilizatorlar 
B) Vaksinlər 
C) Zərdablar 
D) Antibiotiklər 
E) Hipotenziv dərmanlar 
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil 
olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların 
siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik 
dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda 
saxlanılır. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ” Bakı 1998. 
123) Kolloid məhlullara hansılar aiddir?
A) 5%-li qlükoza məhlulu 
B) Poliqlükin, jelatinol 
C) 0,9%-li Natrium-xlorid məhlulu 
D) 20%-li qlükoza məhlulu 
E) Asesol 
Kolloid məhlullar qan və onun komponentlərində olmayan bir sıra farmakoloji xassələrə 
malikdirlər. Bu məhlullar enmiş kolloid-osmotik təzyiqi və dövr edən qanın həcmini korreksiya 
edir. Eyni zamanda poliqlükin molekulyar kütləsinə görə albuminə yaxındır. 
Ədəbiyyat: О.А.Долина. «Анестезиология и реанимация». ГЭОТАР-Медиа,Москва.2007. Стр 
86 
124) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?
1. Kompress
2. Toz şəklində səpmək
3. Damcı şəklində damızdırmaq
4. Dilin altına qoymaq
5. Sürtmək
6. Dəri içinə yeritmək


A) 2,4 
B) 1,4 
C) 2,6 
D) 3,5 
E) 4,6 
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi 
nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna 
aiddir. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin