304) Proqressiv arıqlama ən çox hansı xəstəlikdə müşahidə olunur? A) Xroniki xolesistit
B) Hepatit B
C) Mədə xərçəngi
D) Xroniki hiperasid qastrit
E) 12 barmaq bağırsaq xorası
Mədə xərçənginin aydın klinik təzahürlər dövründə xəstənin əsas şikayətlərindən biri də proqressiv
arıqlamadır. Mədə xərçəngi zamanı iştaha kəskin azalır, xəstədə ətli yeməklərə qarşı ikrah hissi ,
mədə çıxacağının stenozlaşması nəticəsində isə azacıq qidalanmadan sonra doyma hissi olur ki ,
bunlar da xəstənini kəskin arıqlamasına səbəb olur.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338.
Bakı. “Təbib “1998.
305) Rentgenoqrafiyada, dolma defekti,, hansı xəstəlik üçün xarakterikdir? A) Mədə xorası
B) Qastrit
C) Mədə sallanması
D) 12 barmaq bağırsaq xorası
E) Mədə xərçəngi
Rentgenoloji müayinə xəstəliyin erkən mərhələlərində diaqnozu təsdiq etməyə və şişin
lokalizasiyasını müəyyən etməyə imkan verir. Mədə xərçənginin əsas rentgenoloji əlaməti mədədə
kontrast kütlə ilə dolmayan sahənin olmasıdır ki, buna “ dolma defekti “deyilir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.
338.Bakı.“Təbib“1998.
306) Xoranın xərçəngə çevrilməsi necə adlanır? A) Pilorostenoz
B) Maliqnizasiya
C) Perforasiya
D) Penetrasiya
E) Regenerasiya
Xoranın bəd xassəli transformasiyası maliqnizasiya adlanır. Çox vaxt pilorik hissənin xorası
maliqnizasiyalaşır , bu zaman mədənin sekretor funksiyasının azalması qeyd edlir, iştaha azalır,
EÇS artır.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 327
Bakı.“Təbib“1998.
307) Qida qəbulundan 30 dəqiqə sonra epiqastral nahiyədə əmələ gələn ağrılar hansı xəstəlik