Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Assit zamanı maye hara yığılır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə88/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   84   85   86   87   88   89   90   91   ...   252
327) Assit zamanı maye hara yığılır?
A) Plevra səhifələri arasına 
B) Orta divararalığına 
C) Oynaq kisəsinə 
D) Qarın boşluğuna 
E) Perikard boşluğuna 
Assit latınca “ askos “ – tuluq demək olub, qarın boşluğuna maye yığılmasını göstərir. Əsasən qara 
ciyərin sirrozu , ürək , böyrək xəstəliklərində müşahidə edilir. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 
420.Bakı. “ Təbib“1998 
328) Tübaj hansı xəstəlikdə tətbiq olunur?
A) Qara ciyər sirrozu 
B) Qastrit 
C) Xroniki xolesistit 
D) Hepatit 
E) Duodenit 
Tübaj xroniki xolesistit zamanı öd axınını yaxşılaşdırmaq məqsədilə tətbiq olunur. Bu zaman xəstə 
10- 15 dəqiqə sağ böyrü üstə uzanaraq kiçik qurtumlarla 50 ml 25 %-li maqnezium sulfat və ya isti 
mineral su içir və 1 saat ərzində qara ciyər nahiyəsinə isti isitqac qoyub uzanır. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.444. 
Bakı.“ Təbib “ 1998 
329) Qlomerulonefrit zamanı ödemlər ilk əvvəl hansı nahiyədən başlayır?
A) Plevral boşluq 
B) Ayaq 
C) Üz 
D) Qarın boşluğu 
E) Perikard boşluğu 
Qlomerulonefrit zamanı ödem erkən əlamət hesab olunub, əsasən üzdən başlayır və xəstəyə 
xarakterik “ nefritik sifət” verir. Sonra ödem digər boşluqlara keçir . Ödemin əmələ gəlməsinə 
səbəb diurezin azalmasıdır. 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. 
Bakı. “ Təbib “1998 
330) Sidik sindromuna sadalananlardan hansı aiddir?
A) Proteinuriya 
B) Makrohematuriya 
C) Hamısı 
D) Silinduriya 


E) Mikrohematuriya 
Kəskin nefrit zamanı sidik sindromuna sadalananların hamısı aiddir.Proteinuriya sidikdə zülalın , 
silindruriya silindrlərin, hematuriya isə qanın olması deməkdir.Sidikdə bu dəyişikliklərin olması 
yumaqcıq kapilyarlarının divarının zədələnməsi ilə izah olunur. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. 
Bakı. “ Təbib “ 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin