C) Qanaxma verməsi
D) Deşilməsi
E) Çapıqlaşması
Xoranın qonşu orqana keçməsi penetrasiya adlanır.
Əsasən xora kiçik piyliyə, mədəaltı vəzə, bəzən
qara ciyərə penetrasiya edir.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 326.
Bakı.“Təbib“1998
321) 42 yaşlı kişi feldşerə müraciət edib. Obyektiv müayinə zamanı bədən temperaturu 37,3
dərəcə , ümumi vəziyyəti qənaətbəxşdir.Skleralar və yumşaq damaq subikterikdir( zəif
sarılıq). Dilin üzəri sarıyaçalan ərplə örtülüdür.Palpasiyada qarnı yumşaq , sağ qabırğaaltı
zəif ağrılıdır. Qaraciyər sağ qabırğaaltından 3 sm çıxıb. Dalaq əllənmir.Anamnezə görə 10 il
əvvəl kəskin viruslu hepatit keçirib. Xəstəyə ilk olaraq hansı diaqnozu qoymaq olar?
A) Kəskinləşmə mərhələsində
olan xroniki hepatit
B) Mədə xərçəngi
C)
Qaraciyər sirrozu
D) Kəskin qastrit
E) Kəskin
pankreatit
Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur.
Xroniki hepatit müalicəsi tam aparılmadıqda kəskin hepatitdən 6 ay və daha çox sonra meydana
gəlir.Anamnezdən
bəlli olur ki, xəstə 10 il əvvəl viruslu hepatit keçirib .Obyektiv olaraq qaraciyərin
böyüməsi , damağın və skleraların subikterik olması , sağ qabırğa altında ağrı və ağırlıq hissi
diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 408.
Bakı.“Təbib“1998
Dostları ilə paylaş: