Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə87/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   83   84   85   86   87   88   89   90   ...   252
çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə 
şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl 
angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır?
A) Böyrək daşı 
B) Kəskin pielonefrit 
C) Kəskin qlomerulonefrit 
D) Sistit 
E) Xroniki böyrək çatışmazlığı 
Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən , böyrəklərin tez-tez 
rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində 
sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2 həftə 
əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki xəstəlik əsasən streptokokk 
infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit 
diaqnozunu təsdiqləməyə əsas verir. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459. 
Bakı. “ Təbib “ 1998 
325) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
A) No-şpa 
B) Omnopon 
C) Allaxol 
D) Papaverin 
E) Yessentuki -17 
Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində 
spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik 
olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445. 
Bakı. “Təbib “1998 
326) Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun 
deyil?
A) Almagel 
B) Digestal 
C) Xolenzim 
D) Pankreatin 
E) Festal 
Almagel antasid preparat olub ,əsasən hipersekretor qastritdə istifadə olunur , sadalanan digər 


preparatlar isə ferment preparatları olduğuna görə mədəaltı vəzin xarici sekretor çatmamazlığında 
əvəzləyici terapiya məqsədilə tətbiq edilir. 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392. 
Bakı. “Təbib “1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin