Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə95/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   91   92   93   94   95   96   97   98   ...   252
353) Sepsis nədir?
A) Qan dövranı pozğunluğu 
B) Konstitusional anomaliyalar 


C) Bakterial infeksiyanın qan dövranında dövr etməsi 
D) Rh-konflikt 
E) Mübadilə pozğunluğu 
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək 
orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. 
Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 
354) BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
A) 10 həftəyə 
B) 4 aya 
C) 6 aya 
D) 8 həftəyə 
E) 3 həftəyə 
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə 
yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50. 
355) Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
A) Ana südü çatmadıqda 
B) İlin isti fəslində 
C) Yarımçıq doğulmuşlarda 
D) Sünii qidalanmada 
E) Təbii qidalanmada 
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana 
südünün çatmamasıdır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145. 
356) Bətndaxili infeksiyalara hansılar aiddir?
1. Sitomeqalovirus
2. B hepatit virusu
3. Məxmərək virusu
4. Herpes virusu
5. A hepatit virusu
6. Adenovirus
A) 1,3,5 
B) 3,5,6 
C) 1,3,4 
D) 2,4,6 
E) 2,5,6 
Sitomeqalovirus,məxmərək,herpes virusu bətndaxili infeksiya törədir.Bu viruslar cift vasitəsilə və 
ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 . 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin