A) Qızılca
B) Sifilis
C) Məxmərək
D) Listerioz
E) Toksoplazmoz
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə
xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur.
Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
350) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Pnevmopatiya
B) Bətndaxili infeksiya
C) Əmmə-udma refleksinin olmaması
D) Hipertermiya
E) Donor südü ilə qidalanma
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olma-lıdır. Yarımçıq
doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ
gələnə qədər zondla yedizdirilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
351) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Sarılıq gec əmələ gəlir
B) Gedişi uzun müddətli olur
C) Cüzi olur
D) Sarılıq tez keçir
E) Anadan gəlmə olur
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq
vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan
uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124
352) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) Bitki yağı
B) 96% spirt məhlulu
C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi
D) 3% perekis məhlulu
E) 5% yod məhlulu
Göz zərif bir görmə orqanıdır. Spirt,yod,perekis, yağ və s. mayelərlə yumaq
olmaz.Yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin
məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54
Dostları ilə paylaş: