Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə96/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   92   93   94   95   96   97   98   99   ...   252
357) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
A) 2-3 günə 


B) 3 aya 
C) 2-3 həftəyə 
D) 5-6 günə 
E) 2 aya 
Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola 
bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen hormon keçdiyindən, onun təsiri 
nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 . 
358) Omfolit nəyin iltihabıdır?
A) Mədənin 
B) Göbəyin 
C) Dalağın 
D) Dərinin 
E) Qara ciyərin 
Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası 
infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 . 
359) Hipoqalaktiya nədir?
A) Mədə-bağırsaq pozğunluğu 
B) Vitamin çatışmazlığı 
C) Ana südünün çatışmazlığı 
D) Qan azlığı 
E) Qida çatışmazlığı 
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə 
müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 . 
360) Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Hormonal kriz 
B) Yenidoğulmuşların asfiksiyası 
C) Yenidoğulmuşların dəri xəstəlikləri 
D) Fizioloji sarılıq 
E) Istilik mərkəzinin tam inkişaf etməməsi 
Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam 
inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində 
tranzistor hipertermiya baş verir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin