139
geniş yer tapmışdı. Maniliyin İşıq Allahını Əqllə birləşdirməsi (beş
təzahürdən dör-
dünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini qəbul etməsi sonrakı təlimlər-
də rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar yaratmışdır.
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinə dayaq ola
bilən möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane olmamış,
hətta onu müdafiə etmişlər. Lakin manilik feodal istismarına qarşı
kəndlilərin və
yoxsul şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən təlim olduğu üçün Manini
tutub edam etmişlər. Manilik təlimi xeyli müddət yaşamış və V əsrin sonunda məz-
dəkilərin mühüm ideya mənbəyinə çevrilmişdir.
Dostları ilə paylaş: