Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə246/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   307
333 felsefe muhazireler toplusu eyani

d)
İmkan və gerçəklik.
Dialektik fəlsəfə öyrədir ki, təbiət və cəmiyyət hadisə-
lərinin çox müxtəlif qanunauyğun əlaqə formalarından biri imkanın gerçəkliyə çev-
rilməsidir.
Bu və ya başqa hadisələrin, proseslərin meydana gəlməsi imkanı maddi aləmin 
obyektiv qanunlarının fəaliyyətindən irəli gəlir və müəyyən şəraitdə gerçəklik olur, 
yaxud gerçəkliyə çevrilir. Təsadüfi deyildir ki, çox vaxt gerçəkliyə imkanın həyata 
keçməsi deyirlər. Geniş mənada gerçəklik dedikdə obyektiv surətdə mövcud olan 
bütün dünya, obyektiv reallıq başa düşülür. İmkan hadisələrin qanunauyğun hərə-
kətinin müəyyən meylini ifadə edir. Lakin imkan təkcə zərurətlə deyil, təsadüflə də 
bağlı olur. Bu və ya başqa imkan nəinki bir sıra hadisələrin qanunauyğun, zəruri 
hərəkətindən, habelə təsadüfi məcmusundan ibarət olur.
İmkan ilə gerçəklik inkişafın iki tərəfi kimi, inkişafın çıxış momenti və nəticəsi 
kimi bir birinə nisbi surətdə əksdir. İnkişaf isə hadisələr silsiləsi təşkil etdiyinə görə 
bu silsilənin hər bir halqası birinə nisbətən çıxış momenti və digərinə nisbətən nəti-


259
cədir: həm imkandır, həm də gerçəklik. İmkan və gerçəklik bir-birinə keçsələr də 
onları qəti fərqləndirmək lazımdır.
İmkanlar müxtəlif olur. İki növ imkanı – 
abstrakt (formal) imkan
ilə 
real im-
kanı
bir- biri ilə qarışdırmaq olmaz. Müəyyən qanunauyğunluğun olması ancaq 
abstrakt, formal imkanı şərtləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ ger-
çəkliyə çevrilə bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait yoxdur, 
əməli fəaliyyətdə formal imkana arxalanmaq olmaz ki, guya hər şey mümkündür. 
Abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şərait yetişdikdə reallaşa 
bilər. Buna görə də abstrakt (formal) imkanı imkansızlıq da hesab etmək düzgün 
olmazdı. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin