§ 4. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar Determinasiya – fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır (latınca "de-
termino" -"müəyyən edirəm" deməkdir).
Bu, maddi və mənəvi aləm hadisələrinin obyektiv qanunauyğunluğunun, qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir . Determinasiya
həmçinin gerçəklikdə baş verən dəyişiklik və inkişafın səbəblərinin izah edilməsi
üsuludur, hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi təlimdir. Deter-
minizm konsepsiyasının özəyini səbəbiyyət ideyası, bir hadisənin səbəb, başqasının
nəticədən ibarət olması, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil edir.
Hələ antik fəlsəfədə determinliyin əsasında səbəb əlaqəsinin durduğunu, səbəbiyyə-
tin zərurəti eyni olduğunu, təsadüfün isə səbəblə heç bir əlaqəsinin olmadığını və
ya bütövlükdə təsadüfün heç olmadığını iddia edən baxışlar olmuşdur (Demokrit və
sonrakı dövrdə isə Spinoza). Mexaniki determinizm isə hadisənin ancaq xarici sə-
bəblə (şəraitlə) bağlı olduğunu qəbul etmişdir. Determinizm prinsipini inkar edən
baxış isə fəlsəfədə indeterminizm adlanmışdır. İndeterminizm hadisənin inkişafının
qanunauyğunluğunu və səbəblə şərtlənməsini inkar edir. Lakin gerçəklik indetermi-
nizm baxışını təsdiqləmir. Determinasiya əlaqələri özünün əsas ifadəsini səbəblə
nəticənin qarşılıqlı münasibətində daha qabarıq şəkildə büruzə verir.
Ümumiyyətlə, determinizm ümumnəzəri prinsiplərinin bəzi tezislərini qeyd
edək.
Hər şeydən əvvəl , maddi sistem və proseslərin ən ümumi asılılığı, bir – birilə
şərtlənməsi haqqında olan tezis ön planda göstərilməlidir.
İkincisi , determinasiya
şərtlənmə münasibətlərinin bütün rəngarəngliyi əsasında genetik, səbəbiyyət asılılı-
ğı durur.
Üçüncüsü , determinasiya tiplərinin rəngarəngliyi və determinasiya müna-
sibətlərinin səbəbiyyətsiz mövcudluğu haqqında olan tezis nəzərdə tutulmalıdır.
Dördüncüsü , şərtlənmə münasibətlərinin nizamlılığı, yaxud da qanunauyğunluğu
haqqında olan tezis də həmin qəbildəndir. Şərtlənmə prosesi nizamlı və qaydaya sa-
lınmamış xarakterə malikdir.