256
mi, universal əlaqədir.
Səbəbiyyət münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında istehsal
və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən əvvəl de-
yildir o, həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqə-
dir. Səbəbiyyət əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inandı-
rıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb
əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki siqnal-proses və s. ilə əlaqədar
olsun.
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin mövcudluğunun ikin-
ci əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və yaxud
zaman assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin forma-
laşması həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt olmur.
Səbəbiyyət münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruriliyi, birmənalılığı-
dır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli
həmin vaxt zəruri olaraq nəticə törənir. Bu isə məkan və zamanda səbəbiyyət mü-
nasibətinin lokallaşmasından asılı olmur. Səbəbiyyət qanununu formulə etsək deyə
bilərik: bərabər səbəblər bərabər nəticələri doğurur.
Səbəb – nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman fasi-
ləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən keçirilsə,
faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir. Əgər in-
teqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri mə-
kanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud
olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır.
Əlbəttə, səbəb ilə nəticə arasındakı münasibəti funksional asılılıq formasında
təsəvvür etmək olar: nəticə səbəbin funksiyasıdır, lakin burada səbəbiyyətdəki baş-
lıca cəhət pərdələnmiş olur: real bir hadisə olmaq etibarilə səbəb başqa bir real ha-
disə olan nəticəni doğurur və şərtləndirir.
Dostları ilə paylaş: