Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Sensualizm  fəlsəfəsi  Corc Berkli



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə84/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   307
333 felsefe muhazireler toplusu eyani

Sensualizm 
fəlsəfəsi 
Corc Berkli 
və 
David Yumun 
təlimi ilə Qərbi Avropada 
sona çataraq subyektiv idealizmlə əvəz edildi. 
Corc
Berkli 
(1685-1753) kilsədə baş keşiş vəzifəsində işləmişdir. O, "Yeni 
baxış nəzəriyyəsi təcrübəsi" əsərində yazırdı: "Dünya ona görə mövcuddur ki, biz 
onu dərk edirik". O, deyirdi ki, mövcud olan bütün şeylər bizim duyğularımızın 
kombinasiyasıdır. 
"İnsan biliklərinin başlanğıcları haqqında traktat"larında özünün subyektiv 
idealist fəlsəfi sistemini yaratmış və inkişaf etdirmişdir. Obyektiv idealizmin nü-
mayəndələrindən fərqli olaraq Berkli subyektin şüurunu birinci, şeyləri isə ikinci, 
duyğuların və təsəvvürlərin məcmusu hesab edirdi. Materiyanın bir substansiya 
kimi mövcud olmadığını sübut etməyə səy göstərən Berkli yazırdı: "Mövcud ol-
maq qavranılmaq deməkdir". O, insan tərəfindən qavranılan keyfiyyətlərin ob-
yektiv surətdə mövcud olduğunu inkar edərək eyni zamanda məkan, zaman və 
hərəkətin subyektiv-idealist şərhini vermişdir. Şeyləri duyğuların məcmusu hesab 
edən Berkli səbəbiyyətin materialist anlayışına qarşı qətiyyətlə çıxış edirdi. 
İngilis filosofu 
David Yum 
(1711-1778) subyektiv idealizm və aqnostisizmin nüma-
yəndəsi kimi tanınmışdır. Yum "İnsan təbiəti traktat", "Mənəviyyat və siyasət məsələ-
ləri haqqında mühakimə", "İnsan zəkasının tənqidi" adlı əsərlərin müəllifidir. Bu əsər-
lər, əsasən, idrak problemlərinə həsr olunmuşdur. Mahiyyət
 
etibarilə o, sensualizmin 
prinsiplərini davam etdirmişdir. Yum göstərirdi ki, idrak müxtəlif təsəvvürlərin insan 
tərəfindən dərk olunması deməkdir. O, predmetlər haqqındakı təsəvvürləri predmetlə-
rin özləri ilə eyniləşdirirdi. Yumun fəlsəfi təliminə görə, predmet insanın təsəvvürlə-
rinin məcmusundan başqa, bir şey deyildir. O belə bir sual qarşıya qoyurdu. Xarici 
aləm bizim duyğularımızın mənbəyi kimi mövcuddurmu? Bu suala cavab verərkən de-
yirdi ki, biz bunu sübut edə bilmərik. Odur ki, Yumun mövqeyini həm də aqnostisizm 
kimi xarakterizə etmək olar. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin