100
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci
mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), "Pro-
leqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin
tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " haqqında təlimi təşkil
edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraq mövcuddur.
Kant onları "şey özündələr" adlandıraraq
deyirdi ki, bunlar "transsendent"dirlər,
yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar;
onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər.
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tə-
rəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud oldu-
ğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz,
transsendent, o
biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmiş-
dir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv
reallığı qəbul edən Kant sübut etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə təsi-
ri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir.
Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz.
Kant təzahürlər haqqında təlimində isə göstərirdi ki, insan yalnız
təzahürlər
aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu,
dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər
aləminə məxsusdur. Bu mənada təbiət və onun qanunları, prinsipial surətdə "şey
özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey özündə-
lər"in hisslərimizə təsiri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti
təzahürlərin, yəni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə
çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yəni təzahürlər aləmini əks etdirə
bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın pred-
meti ola bilməzlər. Beləliklə, Kantın bu konsepsiyası David Yumun aqnostisizm və
subyektiv-idealizm xəttinin davamından başqa bir şey deyildir. Kantın aqnostisizmi
sadəcə olaraq dünyanın dərk edilməzliyi müddəasında deyil. O bunu "Şey özündə-
lər" aləminin sirlərinin heç zaman elm tərəfindən açıla bilməməsi və insana məlum
ola bilməməsi timsalında nümayiş etdirirdi.
Kant fəlsəfəsində biz çoxlu dialektik fikirlərə rast gəlirik. "Saf ağılın tənqidi"
və "Proleqomenlər" əsərlərində Kant antinomiyalar haqqında dialektik təlim yarat-
mışdır.
Kant həm də əxlaq haqqında təlimin yaradıcısı kimi məşhurdur. Onun fikrincə,
əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ
obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz
qanun və insan davranışının idealıdır.
Kant göstərirdi ki, qəti imperativ, ümumi
mənəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki,
onun hərəkətləri ümumi
qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Qəti imperativ haqqında Kant təlimi onun "Şey özündələr" nəzəriyyəsi ilə qı-
rılmaz surətdə bağlıdır. Onun fikrincə, insana iki mənada baxılmalıdır: bir tərəfdən
təzahür, digər tərəfdən isə "Şey özündə" kimi. Təzahür kimi insanın davranışı təbi-
ət qanunlarına tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri
101
ilə bağlıdır. "Şey özündə" kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qa-
nunlarına tabe deyildir. Burada insan davranışı qəti imperativ müvafiq olaraq baş
verir.
Bunlara əsaslanaraq, Kant hər vasitə ilə ruhun ölməzliyi, iradə azadlığı və Al-
lahın mövcudluğu fikrini yaymağı tələb edirdi. Onun nəzərincə, insanlar bunların
varlığına inanmalı, lakin onları dərk etməyə çalışmamalıdırlar, çünki onlar trans-
sendentdirlər, dərk olunmaz "Şey özündələr" aləminə məxsusdurlar.
Kant özünün
fəlsəfi sistemini yaradarkən sübut etməyə çalışırdı ki, insanın dərketmə dairəsi tə-
zahürlər aləmi ilə məhdudlaşır.
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilən
ziddiyyətlidir. Ona
görə də o özünün yarandığı ilk
andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri
tərəfindən tənqidə məruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. Bu-
na baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin
fəlsəfi fikir tarixində mühüm rol oyna-
mışdır.
Dostları ilə paylaş: