97
Bu butün qonşu feodal ölkələri silkələdi. H. Heynenin "öküz ətalətinin
hökmran ölkə" adlandırdığı Almaniya birdən-birə silkələnməyə başladı, liberal
burjuaziya "Marselyoza" oxumağa başladı, Fransa Milli məclisinə təbriklər gön-
dərdi. Hegel və Şellinq azadlıq ağacının basdırılmasında iştirak etdilər, Göte
ümumdünya tarixində yeni dövrün başlandığını söylədi.
İnqilabi dəyişikliklər təbiətşünaslıqda da baş
verdi, mexanikanın aparıcı rolu ilə
yanaşı, XVIII əsrin sonuna doğru kimya, fizikakın qeyri-mexaniki sahələri maqne-
tizm, elekqrik nəzəriyyəsi yarandı, biologiya elmləri də tərəqqi etməyə başla-
dı. 1749-cu ilda Buffon "Təbiətin tarixi"
əsərində göstərdi ki, Yer, bitki və heyvan
aləmi və insan vahid təkamüllü hadisələrdir. 1755-ci ildə İ. Kantın "Ümumi təbii
tarix və səma nəzəriyyəsi" əsəri meydana çıxdı. O, Yer və bütün
günəş sisteminin
zamanda meydana gəldiyini, ilkin qaz-toz dumanlıqlarından törədiyini elmi şəkildə
əsaslandırdı. 1759-cu ildə K. Volf növlərin sabitliyinə, preformizmə ilk hücum çə-
kərək takamül nəzəriyyəsinin əsaslarını yaratdı. Lavuazye 1777-ci ildə yanma nəzə-
riyyəsini yaratdı va suyu sintez etdi. 1784-cü ildə C. Uatt buxar maşınını kəşf etdi.
Eyni vaxtda elektrik yüklərinin qarşılıqlı təsiri haqqında Kulon qanunu kəşf edildi.
Biologiya, fiziologiya, paleontologiya, müqayisəli fiziki coğrafiya sahəsində
üzvi aləm haqqında donub qalmış təsəvvürlərə partlayıcı qüvvə kimi təsir göstə-
rən böyük material toplamışdı. Bu sahədə klassik alman fəlsəfəsinin müasirləri
K. Linney ("Botanika fəlsəfəsi"), Erazm Darvin ("Zoonomiya"), J.
Lamark
("Zoologiya fəlsəfəsi"), Sent-İlerin təkamül təlimi, Küvyenin müqayisəli ana-
tomiyası və palentologiyası və s. mühüm rol oynadı.
Bütün bunların nəticəsində dünya binasının manzərəsi hərəkət etməyə baş-
ladı. Lakin təbiətşünaslıqdakı elmi kəşflər yeni dialektik anlaşılma halına salın-
mamışdı. Buna elmin öz daxilində baş verən proseslər də maneçilik törədirdi. Elm-
də əməyin diferensiasiyasının küclənməsi alimlərdə öz məhdud ixtisasının hududla-
rından kənarda baş verənlərə diqqət
yetirməiəkdən ibarət olan sex məhdudluğu yarat-
mışdı. Sxolastik söz güləşdirmələri hələ yaddaşlardan silinməmişdi və ona reaksi-
ya şəklində məhdud empirizmi, hər cür ümumiləşdirici zəkaya,
nəzəri təfəkkürə
qarşı şarlatan xofunu yaratmışdı. Bir sözlə, təbiətin ümumi mənzərəsi sındırılmış
güzgüyə bənzəyirdi, alimlər həmin parçalanmış hissələri
ayrı-ayrılıqda tədqiq
edərək bir-birinə qarşı qoyurdular,
Materiya və ruh, təbiət və insan, uzvi və qeyri-üz-
vi aləm, subyekt və obyekt, bitki və heyvanlar, fiziki və kimyavi proseslər, isti-
lik və enerji, hərəkət va sükunət bir-birini istisna
edən əksliklər kimi öyrənilirdi.
Feodal Almaniyasında olduğu kimi elmdə də hər yerdə maneçiliklər və sərhədlər,
sərhad dirəkləri və gömruk məntəqələri mövcud idi. Elmin vəziyyəti
Almaniyadakı
"suveren mikromonarxları" olan və öz qonşuları ilə duşmənçilik edən suveren
"mikrodövlətlərə" banzəyirdi.
Bununla yanaşı, elmi tədqiqatların rəngərəngliyi və parçalanması
eyni za-
manda yüksək səviyyəli ümumiləşdirmələrin edilməsinə tələbat da yaratmışdı. Bu cur
ümumiləşdirmələri isə
hər bir elm öz daxilində yerinə yetirə bilmədiyindən, Al-
maniyada elmin dialektik sintezi özünün imperatorun himayəsi altında fəlsəfə
elmləri tərifindən yerinə yetirildi.