Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


V FƏSİL  KLASSİK ALMAN FƏLSƏFƏSİ. XIX – XX ƏSRLƏRİN



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə89/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   307
333 felsefe muhazireler toplusu eyani

V FƏSİL 
KLASSİK ALMAN FƏLSƏFƏSİ. XIX – XX ƏSRLƏRİN
FƏLSƏFİ CƏRƏYANLARI 
 
 
§ 1. Klassik alman fəlsəfəsi 
§ 2. XIX – XX əsrlər Şərq fəlsəfəsi. 
§ 3. XIX – XX əsrlər Qərb fəlsəfəsi. 
§ 4. Marksizm fəlsəfəsinin mahiyyəti. 
 
 
§ 1. Klassik alman fəlsəfəsi 
 
Klassik alman fəlsəfəsinin mahiyyəti əsas nümayəndələri. 
Klassik alman 
fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən 
başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa 
çatır. Bu fəlsəfə Yeni dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir. 
 
Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. 
Bu fəlsəfə XVII-XVIII əsrlər fəlsəfəsində hakim mövqe tutan metafizik metodu 
tənqidi surətdə təhlil edərək onun
elm sahəsindən kənarlaşdırılmasına nail oldu. 
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: 
İohann Her-
der; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Fe-
yerbax. 
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, 
mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib formalaşmışdır. Bu fəl-
səfə Q.Lessinq, İ.Göte, F.Şiller, H.Heyne, İ.Herder kimi zəka nəhənglərinin 
"Maarifçilik" ictimai hərəkatındakı təsirlərindən formalaşmışdır. Əgər maarifçilik 
Fransada Volter, Monteskye, Russo, Lametri, Didro, Helvetsi, Holbax və digərlə-
ri tərəfindən geniş və əhatəli şəkildə ifadə olunaraq burjua demokratik xarakter da-
şıyırdısa, Almaniyada yeni dövrün ideoloji
 
inqilabı
 
onun iqtisadi inkişafına uyğun 
şəkildə gedirdi. Almaniyada danışılan dövrdə feodal monarxiyasından ibarət olan 
dövlət quruluşu hökmran idi, o, feodalizm ənənələri əsasında inkişaf edən bir 
ölkə olaraq qalmaqda davam edirdi, feodalizm zülmündən xilas ola bilmir, onunla 
sazişə girmək isə o dövrdə yenicə formalaşmağa başlayan alman burjuaziyasının ən 
böyük arzusuna çevrilmişdi. 
Bu dövrdə Almaniyada 360 kiçik dövlət var idi və onlar 38 makrodövlətin tabe-
çiliyində idi. "Alman millətinin müqəddəs Roma imperiyası" adlandırılan Almaniya-
da dağınıq
 
dövlətlər şəraitində özbaşınalıq, zorakılıq, cəzasızlıq və ədalətsizlik şə-
raiti hökm sürürdü.
Antifeodal və antimonarxiyaya qarşı yalnız fəlsəfə maarifçiliyi yolu ilə nail 
olmaq istəyən klassik alman fəlsəfəsi İngiltərə və Fransada baş verən böyük inqi-
labi dəyişikliklərin müsbət təsirinin ardınca gedirdi. Maarifçilik inqilabından 
sonra bütün dünyanı lərzəyə salan Böyük Fransa inqilabı (1789-1794) baş verdi. 


97
Bu butün qonşu feodal ölkələri silkələdi. H. Heynenin "öküz ətalətinin 
hökmran ölkə" adlandırdığı Almaniya birdən-birə silkələnməyə başladı, liberal 
burjuaziya "Marselyoza" oxumağa başladı, Fransa Milli məclisinə təbriklər gön-
dərdi. Hegel və Şellinq azadlıq ağacının basdırılmasında iştirak etdilər, Göte 
ümumdünya tarixində yeni dövrün başlandığını söylədi. 
İnqilabi dəyişikliklər təbiətşünaslıqda da baş
 
verdi, mexanikanın aparıcı rolu ilə 
yanaşı, XVIII əsrin sonuna doğru kimya, fizikakın qeyri-mexaniki sahələri maqne-
tizm, elekqrik nəzəriyyəsi yarandı, biologiya elmləri də tərəqqi etməyə başla-
dı. 1749-cu ilda Buffon "Təbiətin tarixi" əsərində göstərdi ki, Yer, bitki və heyvan 
aləmi və insan vahid təkamüllü hadisələrdir. 1755-ci ildə İ. Kantın "Ümumi təbii 
tarix və səma nəzəriyyəsi" əsəri meydana çıxdı. O, Yer və bütün
 
günəş sisteminin 
zamanda meydana gəldiyini, ilkin qaz-toz dumanlıqlarından törədiyini elmi şəkildə 
əsaslandırdı. 1759-cu ildə K. Volf növlərin sabitliyinə, preformizmə ilk hücum çə-
kərək takamül nəzəriyyəsinin əsaslarını yaratdı. Lavuazye 1777-ci ildə yanma nəzə-
riyyəsini yaratdı va suyu sintez etdi. 1784-cü ildə C. Uatt buxar maşınını kəşf etdi. 
Eyni vaxtda elektrik yüklərinin qarşılıqlı təsiri haqqında Kulon qanunu kəşf edildi. 
Biologiya, fiziologiya, paleontologiya, müqayisəli fiziki coğrafiya sahəsində 
üzvi aləm haqqında donub qalmış təsəvvürlərə partlayıcı qüvvə kimi təsir göstə-
rən böyük material toplamışdı. Bu sahədə klassik alman fəlsəfəsinin müasirləri 
K. Linney ("Botanika fəlsəfəsi"), Erazm Darvin ("Zoonomiya"), J. Lamark 
("Zoologiya fəlsəfəsi"), Sent-İlerin təkamül təlimi, Küvyenin müqayisəli ana-
tomiyası və palentologiyası və s. mühüm rol oynadı. 
Bütün bunların nəticəsində dünya binasının manzərəsi hərəkət etməyə baş-
ladı. Lakin təbiətşünaslıqdakı elmi kəşflər yeni dialektik anlaşılma halına salın-
mamışdı. Buna elmin öz daxilində baş verən proseslər də maneçilik törədirdi. Elm-
də əməyin diferensiasiyasının küclənməsi alimlərdə öz məhdud ixtisasının hududla-
rından kənarda baş verənlərə diqqət
 
yetirməiəkdən ibarət olan sex məhdudluğu yarat-
mışdı. Sxolastik söz güləşdirmələri hələ yaddaşlardan silinməmişdi və ona reaksi-
ya şəklində məhdud empirizmi, hər cür ümumiləşdirici zəkaya, nəzəri təfəkkürə 
qarşı şarlatan xofunu yaratmışdı. Bir sözlə, təbiətin ümumi mənzərəsi sındırılmış 
güzgüyə bənzəyirdi, alimlər həmin parçalanmış hissələri
 
ayrı-ayrılıqda tədqiq 
edərək bir-birinə qarşı qoyurdular, Materiya və ruh, təbiət və insan, uzvi və qeyri-üz-
vi aləm, subyekt və obyekt, bitki və heyvanlar, fiziki və kimyavi proseslər, isti-
lik və enerji, hərəkət va sükunət bir-birini istisna
 
edən əksliklər kimi öyrənilirdi. 
Feodal Almaniyasında olduğu kimi elmdə də hər yerdə maneçiliklər və sərhədlər, 
sərhad dirəkləri və gömruk məntəqələri mövcud idi. Elmin vəziyyəti
 
Almaniyadakı 
"suveren mikromonarxları" olan və öz qonşuları ilə duşmənçilik edən suveren 
"mikrodövlətlərə" banzəyirdi. 
Bununla yanaşı, elmi tədqiqatların rəngərəngliyi və parçalanması eyni za-
manda yüksək səviyyəli ümumiləşdirmələrin edilməsinə tələbat da yaratmışdı. Bu cur 
ümumiləşdirmələri isə
 
hər bir elm öz daxilində yerinə yetirə bilmədiyindən, Al-
maniyada elmin dialektik sintezi özünün imperatorun himayəsi altında fəlsəfə 
elmləri tərifindən yerinə yetirildi. 


98
Nəzərdən
 
keçirilən ziddiyyətli elmi və sosial inkişaf şəraitində, ilk növbədə isə 
Almaniya və Avropanın sosial varlığının təzadlı bir dövründə klassik alman fəl-
səfəsi özünün 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin