Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə85/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 5. XVIII əsr Fransız maarifçilik fəlsəfəsi 
XVIII əsrdə Fransanın mənəvi həyatında, əsasən, iki ideya cərəyanı hökmranlıq 
edirdi:
1. Fransız maarifçiliyi;
2. Fransız mexaniki materializmi. 
Fransız maarifçiliyi
XVIII yüzilliyin birinci yarısında feodal dövlətinin tənəzzü-
lünə qarşı burjua maarifçilərinin mübarizəsi kimi meydana gəlmişdi. Maarifçilər əsas 
zərbəni kilsənin mənəvi diktaturasına qarşı yönəltmişdirlər. Maarifçilər fəlsəfədə deist 
idilər, materialist meylləri idealizmlə uyğunlaşdırırdılar. Siyasətdə ictimai və dövlət 
quruluşunun burjuaziyanın mənafeyinə uyğun olaraq tədricən yeniləşdirilməsi tərəf-
darları kimi çıxış edirdilər. 
Fransız maarifçilərinin ən görkəmli nümayəndəsi 
Fransua Mari Volter 
(1694-
1778) idi. O öz fəlsəfi və siyasi baxışlarını "Fəlsəfi məktublar" əsərində işləyib hazırla-
mışdı. Volter, həmçinin, "Metafizika haqqında traktat", "Nyuton fəlsəfəsinin əsasları" 


93
və s. adlı əsərlər yazmışdır. 
Volter feodal ideologiyasına qarşı mübarizə aparırdı. O, "Koramalı məhv edin!" 
şüarı altında cəsarətlə katolik kilsəsinə və Roma papasına qarşı mübarizə aparırdı. Bir 
deist kimi Volter Allahı "birinci təkanverici qüvvə" kimi qəbul edirdi. Onun fikrincə, 
təbiətdə hər bir şey Allah tərəfindən hərəkətə gətirilir. Volter dünyanın dərk olunması-
nı qəbul edirdi. Onun idrak nəzəriyyəsi, xüsusilə, idrakda hissi və rasional momentlə-
rin münasibəti haqqındakı təlimi mühüm əhəmiyyət kəsb edirdi. O, anlayışların, 
ümumi ideyaların duyğulardan yaranması haqqında müddəanı müdafiə edirdi. Onun 
nöqteyi-nəzərincə insan təbiəti təcrübənin köməyi ilə dərk edə bilər. 
Volterin əsərlərində dialektik ideyalara da rast gəlirik. O deyirdi ki, "təbiətdə hər 
şey hərəkətdədir, hər şey təsir edir və əks təsir göstərir". O, dünyaya determinist 
baxışı müdafiə edirdi Onun azadlıq və zərurət haqqında təlimi xüsusi maraq doğu-
rur.
Volterə görə, azadlıq və zərurət bir-birinə zidd deyildir. Əksinə ümumi zərurət in-
san azadlığının müqəddəm şərtidir. Volter hesab edirdi ki, insan istədiyini etdiyi zaman 
azad ola bilər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin