Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə86/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   307
333 felsefe muhazireler toplusu eyani

Jan Jak Russo
(1712-1778). Russo mədəniyyət, fəlsəfi və ictimai-siyasi fikir tarixi-
nə böyük mütəfəkkir, filosof, sosioloq kimi daxil olmuşdur. Russo "İnsanlar arasındakı 
qeyri-bərabərliyin mənşəyi və əsasları haqqında mülahizə", "Elmlərin və incəsənətin 
dirçəlişi mənəviyyatın yaxşılaşmasına kömək etmişdirmi?", "İctimai müqavilə", "Emil 
və ya tərbiyə haqqında" və s. əsərlərin müəllifidir. 
Fəlsəfədə Russo deizm mövqelərində dayanırdı və ateizmin düşməni idi, Allahın 
mövcudluğunu, onun maddi aləmə təsirini, həmçinin, ruhun ölməzliyini qəbul edirdi. 
Onun fikrincə, bütün təbiət hadisələrinin başlanğıcı ruh və materiyadır, birinci fəal
ikinci isə qeyri-fəaldır. Beləliklə, Russonun fəlsəfəsində idealizm üstünlük təşkil edirdi. 
Russonun idrak nəzəriyyəsində sensualist meyllər güclü idi. O göstərirdi ki, tə-
biət hər şeydən əvvəl hiss üzvlərinin köməyi ilə dərk olunur, biliklərin mənbəyi duy-
ğulardır. 
Sosioloji baxışlarında Russo ictimai bərabərsizlik haqqında məsələyə xüsusi diqqət 
yetirmişdir. O, yaşadığı dövrün dövlət quruluşunu bərabərsizlik sivilizasiyası kimi, xal-
qın mənafeyinə yad və düşmən mədəniyyət kimi səciyyələndirir və bunun kökünü xü-
susi mülkiyyətdə görürdü. O yazırdı ki, "təbii vəziyyət şəraitində - bütün insanların bəra-
bər olduğu dövrdə xüsusi mülkiyyət mövcud deyildi". Russo xalq kütlələrinin sosial 
əsarətinin mənbəyi hesab etdiyi xüsusi mülkiyyətə qarşı çıxırdı. Lakin o, xüsusi mül-
kiyyətin tamamilə məhvinin əleyhinə idi. 
Russonun pedaqoji təlimi burjua inqilabının ideya nəzəri hazırlığında mühüm rol 
oynamışdır. Russo feodal sxolastik təlim və tərbiyəsini kəskin tənqid etmişdir. O 
göstərirdi ki, məktəbin birinci vəzifəsi insan və vətəndaş tərbiyəsidir. Russo deyirdi ki, 
bütün ictimai həyatda olduğu kimi məktəbdə də silki imtiyazlara yer verilməməlidir. 
Russonun baxışlarında müəyyən qüsurların olmasına baxmayaraq, onun təlimi 
bütövlükdə XVIII əsrin sonunda Fransa həyatında mühüm rol oynamışdır. 
XVIII əsr Fransada feodal quruluşunun süquta uğradığı, böhrana məruz qaldığı 
dövr idi. Bu böhran 1789-1794-cü illər burjua inqilabına gətirib çıxardı. İnqilabın 
ideoloji cəhətdən hazırlanmasında, burjuaziyanın maraqlarını ifadə edən fransız mate-


94
rialistləri çox mühüm rol oynamışlar. 
Fransız materializminin görkəmli nümayəndələri 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin