102
(1799) və "Transsendental idealizm sistemi" (1800) adlarını çəkmək olar.
Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin o,
tezliklə Fixtenin subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealizm
sistemini yaratmağa başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə
dair özünün obyektiv idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində
bütün mövcudatın əzəli başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun fikrin-
cə, hər şeyin mənbəyi əbədi ağıl, zəka və mütləq "Mən"dir. Şellinqə görə, bütün
dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani təzahü-
rüdür. Mütləq ağıl, mənəvi və maddinin, subyektin və obyektin ilkin əsası və mən-
bəyidir. Şellinq materiyanın, təbiətin ruhdan, şüurdan kənarda və ondan asılı olma-
dan mövcud olması fikrini qəbul etmirdi. O deyirdi ki, materiya yalnız mütləq ru-
hun, ağılın xüsusi halıdır. Şellinqin fikrincə, materiya ilə ruhu qarşı-qarşıya qoy-
maq olmaz, çünki onlar mahiyyət etibarilə eynidirlər. Materiya və ruh eyni bir müt-
ləq ağılın müxtəlif vəziyyətləridir. O, subyektlə obyektin, mənəvi ilə maddinin
idealistcəsinə eyniləşdirilməsi haqqında öz təliminə əsaslanaraq mahiyyət etibarilə
maddini mənəvidə əritmişdir.
Şellinqin fəlsəfəsində idealist dialektika öz əksini tapmasa idi, onun fəlsəfi sis-
temi öz-özlüyündə heç bir maraq doğurmaz və klassik xarakter kəsb etməzdi. Şel-
linq fəlsəfəsinin çıxış nöqtəsini bir-biri ilə mübarizədə olan əksliklər, öz mahiyyəti
etibarilə ziddiyyətli olan əks tərəflər təşkil edir. O göstərirdi ki, "Mən"də ilkin əks-
liklər kimi subyekt və obyekt mövcuddur. Onların hər ikisi bir-birini rədd edir və
eyni zamanda, biri olmadan digəri mövcud ola bilmir. Subyekt obyektlə, obyekt isə
subyektlə ziddiyyətdə özlərini təsdiq edirlər. Başqa sözlə desək, onlardan heç biri
öz əksliyini rədd etmədən gerçəkləşə bilməz.
Təbiətin hərəkətinin mənbəyini onun özündə axtaran Şellinq təbiətdə bir-birinə
zidd qüvvələrin və meyllərin mövcud olduğuna xüsusi diqqət yetirirdi. O, gerçək-
likdə baş verən hər bir dəyişikliyin səbəbini əksliklərin mübarizəsində görürdü.
Şellinq göstərirdi ki, bütövlükdə təbiətdə və onun hər bir sahəsində daima bir-biri
ilə qırılmaz surətdə bağlı olan qüvvələr fəaliyyət göstərir. Onun fəlsəfəsində bütün
mövcudatın inkişafının pillələri kimi tezis, antitezis, sintez haqqında dialektik mü-
hakimələr daha ətraflı təhlil edilmişdir. Şellinqin naturfəlsəfəsində
təbiət hadisələri-
nin vəhdətinin və ümumi əlaqələrinin dialektikcəsinə şərhinə də cəhd göstərilmiş-
dir. O deyirdi ki, təbiətdə mütləq formada bir-birindən təcrid olunmuş hissələr yox-
dur, onlar hamısı bir-biri ilə qarşılıqlı surətdə əlaqədədir və bir birinə qarşılıqlı su-
rətdə təsir göstərirlər. Bütün bu dialektik fikirlər Şellinq fəlsəfəsinin səmərəli toxu-
munu təşkil edir.
Dostları ilə paylaş: