dialektik t ə f ə kkür t ə rzini formalaşdırmışdır.
Klassik alman f ə ls ə f ə - si ba ş l ı ca olaraq materializm v ə idealizmin ziddiyy ə tli yollar ı il ə ir ə lil ə mi ş , son n ə tic ə d ə h ə m ziddiyy ə tl ə rl ə dolu obyektiv v ə subyektiv idealizm, h ə m d ə antropolo- ji humanist materializm şə klind ə formala ş m ı ş v ə fikir tarixin ə daxil olmu ş dur. O.
İ.Kant (1724-1804),
İ.Fixte (1762-1814),
F.Şellinq (1775-1854),
G.Hegel (1770-1831),
L.Feyerbax (1804-1872)
tərəfindən təmsil olunmuşdur.
Adları çəkilən filosoflardan hər birisi ideya və konsepsiyalar
zanginliyi
ilə
bir-birindən fərqlənən fəlsəfə sistemi yaratmış,
fəlsəfədə radikal dəyişikliklər et-
mişlər. Onların hər biri fəlsəfədə özlərini novator hesab edirdilər. Məsələn, Alma-
niyada əvvələr mövcud və hakim olan Leybnits-Volfun metafizikasının əleyhinə
çıxan, onu aradan qaldırmaq üçün ciddi səy
göstərən İ. Kant bütün əvvəlki filo-
soflardan fərqli olaraq "Kopernik inqilabı"
etdiyini zənn
etmişdir. Fixteyə gəldikdə
özunün
"elm təlimi"ni
Böyük Fransa inqilabı
ilə bərabər sayırdı. Hegelə görə onun
yaratdığı sistem
mutl ə q idealizmd ə mütl ə q h ə qiq ə tdir .
L. Feyerbax özünün
antropoloji materializmini fəlsəfənin elan etdiyi son qlobal problem adlandırırdı.
Klassik alman fəlsəfəsi öz mahiyyəti etibarı ilə inqilabi xarakter daşımış, sosial
təkamüllərin nəzəri cəhətdən əsasında durmuş, siyasi inqilabı qabaqlamışdır.
Klassik alman fəlsəfəsi vahid mənəvi təşəkkül olmaq
etibarı ilə bir sıra ümu-
mi əlamətlərlə
xarakterizə alunur. O, hər şeydən əvvəl
, fikir tarixində fəlsəfənin
özünəməxsus rolunun anlaşılması ilə fərqlənir. Klassik. alman fəlsəfəsinin nüma-
yəndələri fəlsəfəni mədəniyyətin tənqidi ruhu, mədəniyyətin "canı" adlandır-
mışlar.
İkincisi,
onda yalnız bəşər tarixi deyil, insanın mahiyyitinin tədqiqinə geniş
yer verilmişdir.
Kantda insan əxlaqi varlıq
kimi,
Fixqedə şüurun fəaliyyəti və insa-
nın özunu dərk etməsi kimi,
Şellinqdə obyektiv və subyektivin vəhdətin
kimi,
Hegeldə özünu dərk etmənin və fərdi şüurun muxtəlif cur əlaqələri kimi,
Feyerbax- da isə
özü üçün subyekt, qeyriləri üçün obyekt kimi, antropoloji varlıq
kimi nəzər-
dən keçirilir.
Üçunçusu,
həmin
fəlsafənin nümayəndələri fəlsəfəyə fəlsəfə elmlərinin, kate-
qoriyalar və ideyaların
özünəməxsus sistemi
kimi yanaşmışlar. Məsələn,
İ.Kant fəlsəfi idrak üçün qnoseologiya
və etikanı,
Şellinq naturfəlsəfə və ontologiyanı
, N.Fixte "elm təlimini",
Hegel təbiət fəlsəfəsini, məntiqi, tarix fəlsəfəsini, fəlsəfə
tarixini, huquq fəlsəfəsini, əxlaq fəlsəfəsini, din fəlsəfəsini, dövlət fəlsəfəsini,
fərdi şüurun inkişaf fəlsəfəsini
, L.Feyerbax isə ontologiya, qnoseologiya, etika,
tarix və din fəlsəfasini
tədqiq etmişdir.
Dördüncüsü,
klassik alman fəlsəfəsi dialektikanın bütov bir konsepsiyasını iş-
ləyib hazırlamışdır.
Kantın dialektikası insan idrakının hisslər, ağıl və zəkanın
hududları və imkanlarının dialektikasıdır.
Fixtenin dialektikası "Mən"in yaradıcı
fəallığının. "Mən" və "qeyri-Mən"in əksliklər olmaqla qarışlıqlı təsirindən iba-
rətdir.
Onlarıi əsasında isə insanın özünü dərk etməsi baş verir.
Şellinq Fixtenin
hazırladığı prinsipləri təbiətə tətbiq edir, onu qərarlaşmaqda, inkişaf etməkdə olan
99
ruh kimi
nəzərdən keçirir.
Böyük dialektik olan
Hegel idealist dialektikanın geniş və hərtərəfli sistemini
yaratmış və ilk dəfə bütün təbii, tarixi və mənəvi aləmi fasiləsiz dəyişilmə və in-
kişafda, ziddiyyətlərdə, kəmiyyət və keyfiyyət