Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə98/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   307
333 felsefe muhazireler toplusu eyani

Məhəmməd 
İqbal
 
bu fikrin ən qızğın tərəfdarlarından olmuşdur. 
Rus mənşəli amerikan sosioloqu P.Sorokin hələ 1957-ci ildə haqlı olaraq gös-
tərirdi ki, hələ təxminən XIV əsrə qədər Qərb primitiv mədəniyyətə malik idi. Li-
derlik Asiya və Şimali Afrikanın böyük sivilizasiyalarının əlində idi. Misir, Babi-
listan, İran, Şumer, Hett, Hind, Çin, Aralıq dənizi hövzəsi (Yunan-Roma, Krit-Ma-
kedoniya. Ərəb) və başqa sivilizasiyalar min illər boyu inkişaf etmiş, sonralar vax-
taşırı gah tənəzzülə uğramış, gah da çiçəklənmə dövrü keçirmişlər. Hələlik Qərb li-
derlik edir. P.Sorokin yazır: “...Lakin indiki dövrdə bu öndərlik demək olar ki, sona 
yetibdir. Bəşəriyyətin tarixi artıq daha geniş məkanda - Afrika, Asiya, Avropa və 
Amerikanın kosmopolitik teatrında cərəyan edir. Böyük tarixi dramanın növbəti 
pərdələrinin baş qəhrəmanları olmağa Avropadan başqa həm də Amerikanın, Rusi-
yanın, dirçəlməkdə olan Hindistanın, Çinin, Yaponiyanın, İndoneziyanın və islam 
dünyasının böyük mədəniyyətləri hazırlaşırlar. Bu böyük dövr artıq hərəkətə gəlib 
və günü-gündən sürətlənir. 
Yaxın və Orta Şərq ölkələrində sosial-fəlsəfi fikir. 
Zamanın, elmi-texniki tə-
rəqqinin tələbləri XIX-XX əsr müsəlman alimlərinin - azərbaycanlı 
Cəmaləddin 
Əfqani,
 
ərəb 
Məhəmməd
 
Abdo,
 
pakistanlı 
Məhəmməd
 
İqbal
 
və başqalarının ba-
xışlarına ciddi təsir göstərmişdi. Onlar günün tələblərinə və ideyalarına uyğunlaş-
maq üçün islamı yad fikirlərdən təmizləyib saflaşdırmağa çalışırdılar. Həmin mütə-
fəkkirlər inanırdılar ki, islamın fundamental müddəaları müsəlmanlar üçün bütiin 
dövrlərdə aktual, dəyişməz olmuşdur. İslahatçıların təklifləri ümumiyyətlə bir məx-
rəcə gətirilirdi: bütün vasitələrdən istifadə etmək lazımdır ki, Qərbin elmi-texniki 
nailiyyətləri müsəlman dünyasının malı olsun. Lakin bir şərtlə: islamın mənəvi-əx-
laqi prinsipləri saxlanmalı, müasir konstitusiyaçılıq, parlamentçilik və sosial ədalət 
ideyaları ilə zənginləşdirilməlidir. 
Nəinki müsəlman ilahiyyatçılar, hətta müasir dünyəvi təhsil almış alimlərin də 
çoxu islamın ictimai həyatda aparıcı rol oynadığmı göstərirlər. Onların fikrinə görə 
islamın keçici olmayan dəyərləri indi də insan həyatının bütün sahələrində, o cümlə-
dən iqtisadiyyatda öz əhəmiyyətini saxlayır. Quranın, peyğəmbərin hədisləri, şəriə-
tin ideyaları müasir inkişaf mərhələsinin tələblərinə qətiyyən zidd deyil, əksinə, bu 
ideyalar müsəlman dünyasının iqtisadi və mədəni tərəqqisinin, hələ tarixdə misli 
görünməmiş yüksək islam sivilizasiyasının yaradılmasının əsası olmalıdır. Onlar gös-
tərirlər ki, islam cəmiyyətində bütün sosial sarsıntıların aradan götürülməsi və şəx-
siyyət ilə dövlət arasında ahəngdar münasibətin yaradılması üçün hər cür əsl insani 
şərait mövcuddur. 


108
Milli ənənələr islami dəyərlər ilə o qədər sıx əlaqədədir ki. onları çox hallarda bir-
birindən ayırmaq mümkün deyil, islami dəyərlər milli-mədəni irsin və ənənənin ay-
rılmaz hissəsi hesab edilir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin