106
si idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, Feyerbax nəzəri
təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax yazırdı ki, "biz
hisslər vasitəsilə təbiət kitabını
oxuyuruq, ancaq onu hisslərlə deyil,
nəzəri təfək-
kürlə anlayırıq".
Feyerbax fəlsəfəsinin məhdud cəhətləri:
1.
Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra
bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir.
2.
Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial,
iqtisadi münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan ic-
timai münasibətlərin məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi səciy-
yələndirmişdir.
3.
İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun
bəzi məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax bəşəriyyə-
tin ictimai-tarixi praktikasının həqiqətin meyarı olduğunu başa düşmürdü. Həqiqə-
tin meyarının mahiyyətini idealistcəsinə izah edirdi.
4.
Feyerbax seyrçi materializmin tipik
nümayəndəsi idi, o, fəlsəfənin vəzifəsi-
ni yalnız dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini qarşıya
qoymurdu.
5.
Feyerbax təbiət hadisələrinin izahında
materializm mövqelərindən, sosial
hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi.
Bu
məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən
böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi
sistemi ilə klassik alman
fəlsəfəsi başa çatmışdır.
Dostları ilə paylaş: