Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə104/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   307
333 felsefe muhazireler toplusu eyani

sayentizm
(latınca: bilik, elm sözündəndir) istiqaməti də 
meydana gəlmişdi ki, burada da fəlsəfənin konkret elmə meylli olan müəyyən tə-
fəkkür tipinə arxalanması irəli sürülürdü.
Sayentizmin tərəfdarları pozitiv elmlərə (başlıca olaraq təbiətşünaslığa) istiqa-
mət götürərək fəlsəfədən ənənəvi dünyagörüşü problematikası çıxarmağı, fəlsəfə-
nin tarixən qərarlaşmış predmetindən imtina edilməsini, ona dəqiq elmlər tipindən 
quruluş verməyi planlaşdırırdılar. Sayentizm istiqamətinə çox vaxt neopozitivizmi 
(analitik fəlsəfəni), «elm fəlsəfəsini», strukturalizmi aid edirlər. Ümumi fəlsəfi sa-
yentist konsepsiyalarla yanaşı, müxtəlif spesifik nəzəriyyələr də yayılmağa başla-
mışdır. Bunlar: «industrial», «postindustrial», «texnotron», «informasiya» və digər 
ictimai quruluş tipologiyasına uyğun modellər əsasında təşkil olunmuşdur. Sayen-
tist fəlsəfi təsəvvürlərin işlənilməsində ən böyük çətinlik metodologiya sahəsində 
özünü göstərmişdir. Belə aydın olurdu ki, nəzəri bilikləri tam şəkildə empirik fakt-
lara müncər etmək qeyri– mümkündür. Sayentizm praktikası bir daha göstərdi ki, 
fəlsəfi problemləri tam şəkildə təcrid etmək olmaz.
İkinci spesifik fəlsəfi konsepsiya 
antropoloji
konsepsiya hesab olunur. Bu isti-
qamət humanitar– antropoloji sahənin ön plana çıxarılması və antisayenizm meyil-
lərinin güclənməsi ilə bağlı idi. Bu zaman «insani məzmun» başlıca prinsip elan 
olunurdu. Antropologizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzis-
tensializm, personalizm və s. cərəyanlar formalaşmışdır. onların fərqli xüsusiyyət-
ləri təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun formalaşması mexaniz-
mində xristianlıq ilə doğma cəhətlərə malik olmasındadır. Bu istiqamətin tərəfdar-
larını təbii elmi təfəkkürün və onun normalarının ümumiliyinin qəbul edilməməsi 
birləşdirir. Bu cərəyanların arasındakı sərhədlər demək olar ki, yoxdur. 
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin