Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə101/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   307
333 felsefe muhazireler toplusu eyani

Mahatma Qandinin
 
(1869-1948) fəlsəfi görüşlərinin başlanğıc prinsipi Alla-
hın ilk reallıq kimi qəbul edilməsidir. Qandinin anlamında Allah şəxsiyyətsiz müt-
ləq (absolyut), dünyanın mücərrəd mahiyyətidir, bütün mövcudatın səbəbi və mən-


110
bəyidir. Allah gücdür, O həqiqətdir, əbədidir. Qandi dəfələrlə demişdir ki, insan zə-
kası Allahın mahiyyətini dərk edə bilməz. 
Qandinin əxlaq təlimi, özünün dediyinə görə, insanın mənəvi kamilliyə çatma-
sı yollarını və vasitələrini göstərir. Məhəbbət və mərhəmət, Qandiyə görə, bütün in-
san münasibətlərinin əsasında durmalıdır, nifrət isə həyatdan tamamilə kənar edil-
məlidir. 
Qandi azadlığa dinc vasitələr ilə çatmaq tərəfdarı olmaqla qeyri-zorakı üsulları 
mütləqləşdirirdi. O, yazırdı: “qeyri-zorakılıq bəşəriyyətin xidmətində olan çox böyük 
qüvvədir. O, insan dühasının yaratdığı ən güclü dağıdıcı silahdan daha güclüdür”. 
Qandi üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də ideal idi. Qandinin bütün 
müddəaları bu və ya digər dərəcədə qeyri-zorakılıq konsepsiyası ilə əlaqədə olmuş-
dur. O, “həyat, şəxsiyyət və mülkiyyət üzərində zorakılıq olmayan” bir dünya qur-
mağı arzu edirdi. 
Qandi Qərb sivilizasiyasını kəskin şəkildə tənqid edirdi. Bu tənqid milli azad-
lıq ideyaları ilə müşahiyyət edilir. O, imperializmi “Qərb dünyasının ən ağır güna-
hı” hesab edirdi. Qandi göstərirdi ki, sivilizasiya şəxsiyyətin əxlaqi inkişafına nə 
dərəcədə kömək etməsi və ya mane olması ilə qiymətləndirilməlidir. 
Qandi dövlətə ümumiyyətlə mənfi münasibət bəsləyirdi. Onun fikrincə dövlət 
bir sinfin başqa sinif üzərində hökmranlığıdır. 
Qandi xalqları sülhə və əməkdaşlığa çağırırdı. Müharibəni ittiham etmək onun 
qeyri-zorakılıq konsepsiyasının məntiqi nəticəsi idi. O, deyirdi: “Mən inanıram ki, 
hər hansı müharibə, əlbəttə şər işidir”, lakin hansı tərəfin işi ədalətlidirsə, o tərəfi 
mən mənəvi cəhətdən müdafiə edirəm." 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin