Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 3. XIX – XX əsrlər Qərb fəlsəfəsi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə103/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 3. XIX – XX əsrlər Qərb fəlsəfəsi 
 
XX əsr fəlsəfi fikrinin inkişafında başlıca fərqli cəhət rəylərin plüralizminin, çox-
saylı fəlsəfi məktəb və cərəyanların mövcudluğudur. Təbiətşünaslığın nailiyyətlərindən, 
ilk növbədə fizika, kimya və biologiyanın uğurlarından fəlsəfi konsepsiyaların yaradıl-
masında fəal surətdə istifadə olunur. Fəlsəfə varlıq haqqındakı mövcud olan təsəvvürləri 
daha da dərinləşdirərək, materiyanın mürəkkəb quruluşuna daxil olur, insanın mövcud-
luğunu daha aydın dərk etməyə çalışır, elmi təhlil və sosial praktikanın nəticələrini bir-
ləşdirmək yolu ilə ictimai inkişaf problemlərini həll etməyə çalışır. Səciyyəvi cəhət odur 
ki, elmin müvəffəqiyyətlərinə baxmayaraq fəlsəfə dini mövzuların şərhindən kənarda 
qala bilmir. Birinci halda din fəlsəfi təhlilin obyekti rolunda çıxış edir. Digər halda isə, 
filosofluğun əsasını, özülünü təşkil edir. Elmin və ictimai praktikanın təsirindən azad, 
«təmiz (saf) fəlsəfə» yaratmaq cəhdləri növbəti dəfə uğursuzluğa düçar olur. Eyni za-
manda elm tərəfindən fəlsəfəni ənənəvi problematikadan məhrum etmək cəhdi də bu 
cür uğursuzluğa məruz qalır. Ona görə də dövrün bu və ya digər fəlsəfi cərəyanına qiy-
mət verərək konkret sosial-siyasi, iqtisadi şəraiti nəzərə almaq olduqca vacibdir. 
Qeyd etmək lazımdır ki, XX əsr həyatın bütün sahələrində böhranlar əsridir. Müəy-
yən ictimai quruluşun əsaslarını dəyişdirən sosial çevrilişlər həyatın ayrılmaz əlamətinə 
çevrilir. Cəmiyyətin düşdüyü iqtisadi böhranlar çox vaxt öz həllini açıq antihumanizm 
formalarında tapır. Onların içərisində ən dəhşətlisi– bütün xalqları ümumdünya faciəsi 
ruhunu hiss etməyə məcbur edən dünya müharibələri olmuşdur. Adama elə gəlir ki, mi-
litarizmin dəhşətli təcrübəsini dərk etdikdən sonra insanlar sosial konfliktləri müharibə-
lərdən istifadə etmədən həll edəcəkdir. Lakin hazırda lokal müharibələr kütləvi xarak-
terli hadisələrdir və bəşəriyyəti yeni bir ümumdünya yanğınına sürükləyə biləcək bir 
amildir. Bundan əlavə, yer kürə-sində ekoloji təhlükə təsəvvüredilməz sürətlə irəliləyir. 
Elmi– texniki inqilabi nailiyyətlər bəzən xeyirdən çox şəri doğuran mənbəyə çevrilir. 
Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz təbii xassələrini getdikcə daha çox 
itirməsi, maddi ehtiyatların tükənməsi hər bir insanın həyatında özünün təsirini göstərir. 
Nəticədə insanların sağlamlığı təhlükə altına düşür, psixi vəziyyəti (indiki, həm də gələ-
cək nəsillərin) pisləşir. Ona görə də XX əsr də «mədəniyyətin böhranı» anlayışı cəmiy-
yətin mənəvi həyatına möhkəm daxil olmuşdur. Dəyərlərin təzədən qiymətləndirilməsi– 
hər bir yeni nəslə xas olan hadisədir. Lakin XX əsrdə həyati qaydaları və oriyentirlərin 
transformasiyası insan və onun təbiəti haqqında əbədi təsəvvürlərin təzədən idraki süz-
gəcdən keçirilməsi ilə müşayiət olunur. Sosial və təbii qüsurların aradan qaldırılmasında 
elmə bəslənilən ümidlər ruh düşkünlüyü, elmə inamsızlıqla əvəz olunmuşdur. Müasir 
dövrdə fəlsəfi tədqiqatların ağırlıq mərkəzi insanın üzərinə keçirilmişdir. XX əsr fəlsə-
fəsində spesifik cəhətlərdən biri də fəlsəfi məktəb və cərəyanların əksəriyyətinin mark-


112
sizmə əks mövqedən çıxış etməsidir. Bunu onunla izah etmək olar ki, uzun illər mark-
sizm (sonralar isə marksizm– leninizm) praktikada kommunizm ideallarını reallaşdır-
mağa çalışan cəmiyyətin siyasət və ideologiyasının məhək daşı olmuşdur. Marksizmin 
fəlsəfi prinsiplərinin– xüsusilə dialektik və tarixi materializm prinsiplərinin–düzgün ol-
madığını sübut etməyə cəhd edən bir çox fəlsəfi cərəyanlar onun sübut və arqumentsiz 
tənqidinə üstünlük verirlər. Uzun illər fəlsəfənin inkişafı ancaq ideoloji qarşıdurma sa-
həsində də özünü göstərirdi. Həqiqi fəlsəfi problemləri həll etmək əvəzinə tərəflər bir– 
birinin fəlsəfi konsepsiyalarında zəif yerlər və səhvlər axtarmaqla məşğul olurdular. La-
kin bu zaman həqiqi fəlsəfi konsepsiyalar yaradılmasına meyl də güclənirdi. 
Ümumiyyətlə, XX əsr fəlsəfəsi müxtəlif istiqamətlər üzrə inkişaf etmişdir. Buraya 
dini fəlsəfənin çoxsaylı formaları, həmçinin pozitivizmin ən yeni növləri də daxildir. 
XIX əsrdə və XX əsrin əvvəllərində elmin rolunun artması fəlsəfəyə də öz təsi-
rini göstərmişdir. Hətta 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin