113
xilas olaraq gələcəyi yaradır. Həmin illüziya və kabusların içərisində sadəlövh,
uzaqgörməyən optimizm də vardır.
Nəzəri aspektdə o, öz fəlsəfəsində hind upanişadlarına, Platon və Kantın təlim-
lərinə əsaslanmışdır. Onun ideyaları rasionalizmə, tarixiliyə və Hegelin dialektika-
sına qarşı olmuşdur. «Dünya kor iradə və boş təsəvvürdür» əsəri Platonun ideyaları
aləminə və Kantın “özündə şey”inə yaxın olmuşdur. Eyni zamanda Kantdan fərqli
olara Şopenhauer “şey özündə”– nin, yaxud məqsədsiz, kor fəaliyyət göstərən “ira-
də”nin dərkedilənliyini təsdiq etmişdir. “İradə” “təsəvvürləri” doğurmuşdur.
Şopenhauerin dünyagörüşü subyektiv idealist mahiyyət daşıyır.
Onun üçün
subyektsiz obyekt yoxdur. Şopenhauerin subyektivizmi onun özünün “dəlilər fəlsə-
fəsi” adlandırdığı solipsizm deyildir. Filosofa görə, dünya bir tərəfdən, dərkedənin
təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bü-
tün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir. Daha dəqiq desək,
həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları – bütün
bunlar şüursuz, qüdrətli cəhətdən ibarətdir. Dünya– təcəssümləşmiş iradədir. Həyat
– uzun yuxugörmədir. Həyata münasibətində Şopenhauerin
mövqeyi pessimizm
mövqeyidir. Bu mövqe bir çox məsələlərdə buddizmə əsaslanır. “Hər bir həyat– iz-
tirabdır”. “Bizim bədənimizin həyatı– ancaq xroniki olaraq ləngidilmiş ölümədir”.
Onun “Həyat müdrikliyi aforizmləri” qiymətli fikirlər məcmusudur.
A.Şopenhauerin fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri F.Nitşedir
(1844– 1900). Əsərlərinin birində Nitşe onu özünün birinci və yeganə müəllimi ad-
landırmışdır. Nitşenin fikrincə, Şopenhaueri oxumaqla O, özündə “azad kişilik xa-
rakteri” formalaşdırmışdır. Müəllimi kimi, Nitşe də özünü pessimist adlandırmış-
dır. Onun yaradıcılığında keçmişə,
hər şeydən əvvəl, xristian mənəvi dəyərlərinə
yenidən qiymət vermək ön planda durmuşdur. Nitşe dini (xristianlığı) mədəniyyət-
də həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir. Xristianlıq həyat
instinktini dağıtmış, axirət dünyası naminə real dünyanı inkar etmiş, o dünyanı tə-
rifləmişdir. Xristianlıq iradəsi “məhvə doğru gedən iradədir”, xəstəlikdir, tənəzzül-
dür. İkincisi, xristianlıq (İsgəndəriyyə, yaxud Bizans mədəniyyətindən, eləcə də el-
lin mədəniyyətindən fərqli olaraq) qul şüuru yaratmışdır, günahı qarşısında cəza-
landırmaq qorxusu doğurmuşdur. Üçüncüsü, xristianlıq və onun ehkamları doktrin-
yor əxlaqın əsasını qoymuşdur. Bütün həyat sadə sxemə sığmasa da, xristian əxlaqı
həmin sxemə sığmağa məcbur etmişdir. Dördüncüsü, xristianlıq bəşəriyyətin nəsli-
nin kəsilməsinə şərait yaradır, bu isə gizli məhvetmə instinktdir. Nitşe öz fəlsəfəsi-
ni “həyatın müdafiə instinkti” adlandırmışdır.
Başqa sözlə, o, həmin fəlsəfəni antix-
ristian fəlsəfəsi də adlandırırdı. Nəhayət, beşincisi, Nitşenin antixristianlığı öz ma-
hiyyətinə görə hər cür asılılığa, əyriliyə, köləliyə qarşı çevrilmişdir. Məlum olduğu
kimi, “Zərdüşt belə söyləmişdir” əsərində Allahın öldüyünü elan etmişdir. Nəyə
görə? İnsan heç bir avtoritetdən asılı olmamalıdır. Allahın ölümünün dərk edilməsi
azad əql, azad ruh və “azad ölüm” üçün, onların haqqında ideyaların formalaşması
üçün zəruridir. Həmin əsərin bir fəsli belə də adlanır– “Azad ölüm haqqında”. La-
kin azad həyat və azad ölüm hər bir adama müyəssər olan deyildir bunlar yalnız
fövqəlinsana xas olan şeydir.
Nitşeyə görə, bəşəriyyət öz yollarıyla gedən saysız in-
114
san kütlələrindən ibarətdir. Bu kütlələrin və bu yürüşün heç bir planı, heç bir məq-
sədi yoxdur. Əgər bir məna deyilən şey varsa, o da onların içində vaxtaşırı zühur
edən ayrı– ayrı qeyri– adi fərdlərin varlığıdır. Lakin bu fərdlərin gördüyünü və dü-
şündüyünü başqaları görüb düşünə bilmədiyindən, ətraf mühit və cəmiyyət onlara
düşmən kəsilir, onları tənhalığa, aclıq və səfalətə məhkum edir.
Xalqların həyatında heç bir tərəqqi olmur və son nəticədə həyatı ac və kədərli
bir sonluq gözləyir. Haçansa lap yaxın zamanlarda hələ azad olan Qərb xalqlarını
və sivilizasiyasını irəlidə qarşısıalınmaz şəkildə yaxınlaşan köləlik totalitarizmi
gözləyir.
İnsan öz əzəli instinktlərinə qayıtmalı, xeyir və
şərin nə olduğunu bilməyən
güclü, təbii, azad fərdlərə çevrilməlidir. Əks təqdirdə bəşəriyyəti ümumi bir cırlaş-
ma və qum zərrəcikləri kimi bir– birilərinin eyni olmaq kimi kədərli, bəhrəsiz, cılız
bir sonluq gözləyir.
Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş rasionalizmin
tənqidinə, həmçinin mənəviyyatsızlığın tənqidinə, həyatın əxlaqsızlığına, ikiüzlüyə,
avamlığa qarşı çevrilmişdir.
Dostları ilə paylaş: