Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə100/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   307
333 felsefe muhazireler toplusu eyani

Mustafa Əbd ər-Razik
 
(1885-1947) hesab edirdi ki, hələ Aristotelin əsərləri ərəb dilinə tərcümə ediləndən 
əvvəl müsəlman hüququnun (fiqhin) meydana gəlməsi “müsəlmanlarda fəlsəfi təfək-
kürün yaranmasını göstərir”. 
XX əsr Qərb fəlsəfi fikrinin ərəb ölkələrində xeyli tərəfdarı olmuşdur. Lakin on-
lar həmin fikir cərəyanlarını öz mənəvi dəyərlərinə uyğunlaşdırmağa çalışırdılar. Mə-
sələn, İkinci Dünya müharibəsindən sonra ərəb ölkələrində geniş yayılmış ekzisten-
sializmin təmsilçilərindən biri olan Misir filosofu 
Əbd ər-Rəhman Bədəvi
(1917-
2002) “millətçilik məcrəsində inkişaf edən fəlsəfi fikrin Şərq ölkələrindəki başqa 
həmkarları kimi müasir Qərbin subyektivist konsepsiyalarını öz xalqının dini ənənələri 
ilə birləşdirməyə cəhd göstərirdi”. 
XX əsrdə Hind fəlsəfəsi.
Görkəmli hind-müsəlman şairi və mütəfəkkiri 
Mə-
həmməd İqbal
 
(1877-1938) yüksək dünyəvi təhsil almış, həm Şərqin, həm də Qər-


109
bin ədəbiyyatı, incəsənəti, fəlsəfəsi ilə yaxından tanış olmuşdu. Bununla yanaşı 
qeyd etmək lazımdır ki, o, bədii və fəlsəfi yaradıcılığında daha çox islama əsasla-
nırdı. İqbal hesab edirdi ki, həyatı kökündən dəyişdirmək yalnız islam prinsipləri 
əsasında mümkündür. 
İqbal Hindistan Hökumət kollecində oxumuş və burada fəlsəfə magistri dərə-
cəsini almışdır. Sonra o, İngiltərənin Kembric universitetində təhsilini davam etdir-
miş, Almaniyanın Münhen universitetində “İranda metafizikanın inkişafı” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hindistana qayıdandan sonra o, 
Hökumət kollecində professor kimi fəaliyyət göstərmişdir. 
İqbal fəlsəfə və dinin bərabərhüquqlu olmalarını elan edir və göstərirdi ki, əgər 
fəlsəfənin vəzifəsi azad axtarışdırsa, dininki - inamdır. 
İqbal fəlsəfəsinin mərkəzində insan dayanır. Onun fikrinə görə Allah özünü in-
sanda təzahür etdirir. Əgər Allah mütləq Mən kimi çıxış edirsə, insan sonu olan 
mənlikdir. İnsan mənliyinin Allah mənliyinə yaxınlığı sayəsində Allahın dərk edil-
məsi insan mənliyindən keçir. 
İqbalın dünyagörüşü sisteminin əsası məhəbbət fikri olduğu üçün məhz məhəb-
bət həqiqəti axtarmağın başlanğıc nöqtəsini təşkil edir. Onun yaradıcılığında sufizm 
əhəmiyyətli yer tutur. İqbal XIII əsrin böyük sufi-şairi və mütəfəkkiri Cəlaləddin 
Rumini özünün mənəvi müəllimi hesab edirdi. 
Hələ Birinci Dünya müharibəsi ərəfəsində radikal mövqedə dayanan bir sıra 
hind ziyalılarından İqbalın fərqi onda idi ki, onun şüurunda siyasi azadlıq əxlaqi 
azadlıq anlayışı ilə, müasir insan və ideal cəmiyyət təsəvvürləri ilə qırılmaz surətdə 
bağlı idi.
İqbalın ideal cəmiyyəti fəlsəfi planda məkan və zaman daxilində hüdudsuzdur. 
Lakin siyasətçi kimi o, çalışırdı ki, cəmiyyəti konkret məkan-zaman formaları ilə 
dövlətdə reallaşdırsın, “müsəlman millətçiliyi” ideyasını öz ərazisi olan dövlət ya-
ratmaq uğrunda hind müsəlmanlarının apardığı mübarizənin bayrağına çevirsin. 
Onun fikrincə dövlət birliyinin əsasında islamın dini prinsipləri dursa da, bu dövlət 
ruhanilərin siyasi hakimiyyətə sahib olmaları mənada teokratik olmamalıdır. 
İqbalın belə görüşlərinin əsasında “tohid”, yəni vəhdət, təklik prinsipi durur. 
Onun sözlərinə görə, töhidin mənası “məhsuldar ideya kimi bərabərlik, həmrəylik 
və azadlıqdır. İslam baxımından dövlət bu ideal prinsipləri məkan-zaman formala-
rına, müəyyən insani struktura çevirmək cəhdidir. Yalnız bu mənada islamda dövlət 
teokratiyadır, o mənada yox ki, o Allahın yerdəki nümayəndələri tərəfindən idarə 
edilir”. 
İslamı təkcə dini təlim deyil, həm də sosialist tipli sosial struktur hesab edən 
İqbal, təbiidir ki, özünün sosial idealını Qurana istinad edərək əsaslandırmağa çalı-
şırdı. Burada o, iki cəhətə diqqət yetirirdi: birincisi, islamda kollektiv başlanğıcın 
olması, ikincisi, Quranda sosial ədaləti təmin edən sosial nizamlama sisteminin ol-
ması. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin