Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə97/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 2. XIX – XX əsrlər Şərq fəlsəfəsi 
İndiki dövrdə Qərb tədqiqatçıları bir qayda olaraq “Şərq fıkir tərzi”nin fəlsəfi tə-
fəkkürə biganəliyi haqqında olan avropasentrist görüşləri qəti şəkildə inkar edirlər. 
Lakin bununla yanaşı onların bir çoxu hələ də fəlsəfəni sırf “Qərb fikir tərzi” hesab 
edən təsəvvürlərdən azad olmamışlar. Şərq alimlərinin əksəriyyəti isə keçmişin milli 
sistemlərini Qərb fəlsəfəsinə münasibət baxımından izah edirlər. Məsələn, “ənənəçi-
lər” milli mədəniyyətdə fəlsəfənin olmasını təsdiq edərək, onu ümumiyyətlə dünyagö-
rüşünün yeganə həqiqi forması mövqeyinə qaldırır və bu zəmində də Qərb fikrinin hər 
cür dəyərini inkar edir, üstəlik onda müasir mənəvi böhranın, sosial ziddiyyətlərin qay-
nağını görürlər. “Qərbçilər” isə, əksinə, Avropa mədəniyyətinin klassik nümunələri 
qarşısında baş əyir, öz fəlsəfi irslərindəki zəngin ənənələrə etinasızlıq göstərirlər. Nə-
hayət, mötədil islahatçılar Şərq və Qərb mədəniyyətlərinin sintezi, Şərq və Qərb fikri-
nin inteqrasiyasını zəruri sayırlar. 
Beləliklə, indiki dövrdə Şərq ölkələrinin əksəriyyətində siyasi həyatın demokra-
tikləşdirilməsi problemləri daha çox iki bir-birinə zidd olan başlanğıcların mübarizəsi 
və yaxud sintezi baxımından şərh edilir: ənənəvi (tradision) və müasir yanaşma. 
Asiya və Afrikanın müxtəlif ölkələrində xalqçılığa əsaslanan siyasi nəzəriyyələr 


107
əsasən bir-birinə oxşayır. Bu ölkələrdə sosial-siyasi demokratiya ideallarını nəinki 
ideologiya və siyasi nəzəriyyənin, hətta kütləvi şüurun tərkib hissəsinə çevirmək 
cəhdləri çox qüvvətlidir. Bu ölkələrdə siyasi qüvvələr kütlələrin ənənəvi şüuruna 
müraciət edərək bu idealların birbaşa siyasi mübarizəyə daxil edilməsinə kömək etmiş-
lər. İnkişafın “üçüncü yol” konscpsiyası belə yaranmışdı. 
Bir çox müsəlman ölkələrində “islam sosializmi” konsepsiyasının tərəfdarlarına 
indi də rast gəlmək olar. Bu konsepsiya XX əsrin 60-70-ci illərində daha çox yayıl-
mışdı. Hətta 30-cu illərdə məşhur Hind-Pakistan şairi və mütəfəkkiri 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin