Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə92/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
forması və ifadəsidir.
 
Onun banisi Almaniyada maa-
rifçiliyin son nümayəndəsi və alman burjuaziyasının ideoloqu 
İ.Kantdır

İmmanuil Kantın fəlsəfəsi baxışları 
(1724-1804). Dünya mədəniyyətinin - 
elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti böyükdür. Kant XVIII əsrin ən 
görkəmli mütəfəkkirlərindən biri idi. 
Kant yaşadığı dövrün fəlsəfi fikri qarşısında iki başlıca vəzifənin durduğunu 
qeyd edirdi:
1) Təbiət qanunlarının əsaslandırılması və fəlsəfi cəhətdən ümumiləşdirilməsi;
2) İnsanların ləyaqətinin qorunması və onların bərabərliyinin əsaslandırılması. 
Bu məsələləri həll edərkən Kant keçmiş metafizik fəlsəfəni kəskin tənqid et-
miş, hadisələrə dialektikcəsinə yanaşmış və bu iki vacib məsələni həll etməklə al-
man klassik fəlsəfəsinin əsasını qoymuşdur. 
Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747-ci il-
dən, yəni "Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər" əsərindən 
1770-ci illərə qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr adlanan bu mərhə-
lədə o əsasən, təbii-elmi problemlərlə məşğul olmuşdur. Günəş sisteminin meydana 
gəlməsi haqqındakı dialektik fikirləri məhz bu dövrdə irəli sürmüşdü. Kant "Səma-
nın ümumi təbii tarixi və nəzəriyyəsi" əsərində Günəş sisteminin nəhəng qaz du-
manlıqlarından əmələ gəldiyini sübut etməyə çalışırdı. Bütün bunlarla birlikdə 
Kant həm də təbiətin öz-özünə inkişafı ideyasını əsaslandırdı və inkişaf etdirdi. 


100
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci 
mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), "Pro-
leqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin 
tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " haqqında təlimi təşkil 
edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraq mövcuddur. 
Kant onları "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar "transsendent"dirlər, 
yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar; 
onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər. 
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tə-
rəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud oldu-
ğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, transsendent, o 
biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmiş-
dir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv 
reallığı qəbul edən Kant sübut etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə təsi-
ri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir. 
Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz. 
Kant təzahürlər haqqında təlimində isə göstərirdi ki, insan yalnız təzahürlər 
aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, 
dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər 
aləminə məxsusdur. Bu mənada təbiət və onun qanunları, prinsipial surətdə "şey 
özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey özündə-
lər"in hisslərimizə təsiri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti 
təzahürlərin, yəni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə 
çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yəni təzahürlər aləmini əks etdirə 
bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın pred-
meti ola bilməzlər. Beləliklə, Kantın bu konsepsiyası David Yumun aqnostisizm və 
subyektiv-idealizm xəttinin davamından başqa bir şey deyildir. Kantın aqnostisizmi 
sadəcə olaraq dünyanın dərk edilməzliyi müddəasında deyil. O bunu "Şey özündə-
lər" aləminin sirlərinin heç zaman elm tərəfindən açıla bilməməsi və insana məlum 
ola bilməməsi timsalında nümayiş etdirirdi. 
Kant fəlsəfəsində biz çoxlu dialektik fikirlərə rast gəlirik. "Saf ağılın tənqidi" 
və "Proleqomenlər" əsərlərində Kant antinomiyalar haqqında dialektik təlim yarat-
mışdır. 
Kant həm də əxlaq haqqında təlimin yaradıcısı kimi məşhurdur. Onun fikrincə, 
əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ 
obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz 
qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, ümumi 
mənəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun hərəkətləri ümumi 
qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin. 
Qəti imperativ haqqında Kant təlimi onun "Şey özündələr" nəzəriyyəsi ilə qı-
rılmaz surətdə bağlıdır. Onun fikrincə, insana iki mənada baxılmalıdır: bir tərəfdən 
təzahür, digər tərəfdən isə "Şey özündə" kimi. Təzahür kimi insanın davranışı təbi-
ət qanunlarına tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri 


101
ilə bağlıdır. "Şey özündə" kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qa-
nunlarına tabe deyildir. Burada insan davranışı qəti imperativ müvafiq olaraq baş 
verir. Bunlara əsaslanaraq, Kant hər vasitə ilə ruhun ölməzliyi, iradə azadlığı və Al-
lahın mövcudluğu fikrini yaymağı tələb edirdi. Onun nəzərincə, insanlar bunların 
varlığına inanmalı, lakin onları dərk etməyə çalışmamalıdırlar, çünki onlar trans-
sendentdirlər, dərk olunmaz "Şey özündələr" aləminə məxsusdurlar. Kant özünün 
fəlsəfi sistemini yaradarkən sübut etməyə çalışırdı ki, insanın dərketmə dairəsi tə-
zahürlər aləmi ilə məhdudlaşır. 
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilən
ziddiyyətlidir. Ona 
görə də o özünün yarandığı ilk
 
andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri 
tərəfindən tənqidə məruz qalmışdır. 
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. Bu-
na baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin
fəlsəfi fikir tarixində mühüm rol oyna-
mışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin