dəyişilmələrində, fasiləsizlikdə fa-
siləlik kimi nəzərdən keçirmiş,
onları hərtərəfli təhlil etmişdir.
Feyerbax isə öz tədqiqatlarında
dialektikadan heç də yan keçməmiş, hadisə
və prosesləri əksliklərin vəhdəti kimi
(bədən və ruh, insan şüuru və maddi təbiət)
nəzərdən keçirmişdir. O, ictimai və fərdi arasındakı qarşılıqlı əlaqələri aşkar et-
məyə
cəhd göstərmişdir. Feyerbax Hegelin, öz müəlliminin, fəlsəfə sistemini
və idealist dialektikasını tənqid edərkən
heç də dialektikaya tam etinasız münasibət
göstərməmişdi.
Nəhayət,
klassik alman
fəlsəfəsi humanizm
problemlərinin işlənib hazırlanma-
sında fəlsəfənin
rolunu qeyd etmiş, insan fəaliyyətinin öyrənilməsinə cəhd etmiş-
dir. Bu müxtəlif formalarda və muxtəlif yollarla Həmin
fəlsəfənin nümayəndələ-
rinin baxışlarında öz əksini tapmışdır. Bu məqsədlə
İ.Kant insanın butün həyat
fəaliyyatini əxlaqi şüur subyekti kimi nəzərdən keçirmiş, vətəndaş azadlığından,
cəmiyyətin ideal vəziyyətindən bəhs etmiş,
İ.Fixte xalqın dövlətdən yüksəkdə
durduğunu
qeyd etmiş,
Şellinq əxlaqi
məqsədə nail olmaqda zəkanın rolunu
ön plana çəkmiş,
Hegel vətəndaş və hüquqi dövlətdən, xüsusi mulkiyyətdən qeyri
təkmil dövlət forması olmadığını göstərmiş,
Feyerbax isə məhhəbət dini və
humanist etika yaratmağa cəhd göstərmişdir.
Bütün deyilən xüsusiyyətlər klassik alman fəlsəfəsinin öz dövrünün yüksək
tipli fəlsəfə tipi olmasına dəlalət edir. Klassik alman fəlsəfəsi XIX əsrin
mənəvi
mədəniyyətinin ən mühüm