Sensualizm fəlsəfəsi
Corc Berkli və
David Yumun təlimi ilə Qərbi Avropada
sona çataraq subyektiv idealizmlə əvəz edildi.
Corc Berkli (1685-1753) kilsədə baş keşiş vəzifəsində işləmişdir. O, "Yeni
baxış nəzəriyyəsi təcrübəsi" əsərində yazırdı: "Dünya ona görə mövcuddur ki, biz
onu dərk edirik". O, deyirdi ki, mövcud olan bütün şeylər bizim duyğularımızın
kombinasiyasıdır.
"İnsan biliklərinin başlanğıcları haqqında traktat"larında özünün subyektiv
idealist fəlsəfi sistemini yaratmış və inkişaf etdirmişdir. Obyektiv idealizmin nü-
mayəndələrindən fərqli olaraq Berkli subyektin şüurunu birinci, şeyləri isə ikinci,
duyğuların və təsəvvürlərin məcmusu hesab edirdi. Materiyanın bir substansiya
kimi mövcud olmadığını sübut etməyə səy göstərən Berkli yazırdı: "Mövcud ol-
maq qavranılmaq deməkdir". O, insan tərəfindən qavranılan keyfiyyətlərin ob-
yektiv surətdə mövcud olduğunu inkar edərək eyni zamanda məkan, zaman və
hərəkətin subyektiv-idealist şərhini vermişdir. Şeyləri duyğuların məcmusu hesab
edən Berkli səbəbiyyətin materialist anlayışına qarşı qətiyyətlə çıxış edirdi.
İngilis filosofu
David Yum (1711-1778) subyektiv idealizm və aqnostisizmin nüma-
yəndəsi kimi tanınmışdır. Yum "İnsan təbiəti traktat", "Mənəviyyat və siyasət məsələ-
ləri haqqında mühakimə", "İnsan zəkasının tənqidi" adlı əsərlərin müəllifidir. Bu əsər-
lər, əsasən, idrak problemlərinə həsr olunmuşdur. Mahiyyət
etibarilə o, sensualizmin
prinsiplərini davam etdirmişdir. Yum göstərirdi ki, idrak müxtəlif təsəvvürlərin insan
tərəfindən dərk olunması deməkdir. O, predmetlər haqqındakı təsəvvürləri predmetlə-
rin özləri ilə eyniləşdirirdi. Yumun fəlsəfi təliminə görə, predmet insanın təsəvvürlə-
rinin məcmusundan başqa, bir şey deyildir. O belə bir sual qarşıya qoyurdu. Xarici
aləm bizim duyğularımızın mənbəyi kimi mövcuddurmu? Bu suala cavab verərkən de-
yirdi ki, biz bunu sübut edə bilmərik. Odur ki, Yumun mövqeyini həm də aqnostisizm
kimi xarakterizə etmək olar.